Tailand XİN Kamboca ilə münaqişə barədə rəsmi açıqlama yaydı
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tailand ilə Kamboca arasında artan hərbi və siyasi gərginlik fonunda Banqkok rəsmi şəkildə diplomatik münasibətlərin səviyyəsinin aşağı salındığını elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Kambocanın davam edən təxribatçı hərəkətləri ölkənin suverenliyinə ciddi təhdid yaradır.
“Kral Tailand Hökuməti bəyan edir ki, əgər Kamboca beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq silahlı hücumlara və Tailandın suverenliyinin pozulmasına davam edərsə, özünümüdafiə tədbirlərini gücləndirməyə tam hazırdır”, – deyə bəyanatda qeyd olunub.
Tailand artıq Pnom Penhdəki səfirini geri çağırmaq qərarını verib və eyni addımı Kamboca rəhbərliyinə də tövsiyə edib. Gərginliyin diplomatik kanallar vasitəsilə həllinə çağırışlar olsa da, tərəflər arasında qarşılıqlı ittihamlar davam edir.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 24 İyul 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















