Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Taksi islahatları: Hazırda vəziyyət necədir?

Taksi islahatları: Hazırda vəziyyət necədir?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İslahatlardan əvvəl taksi ilə qısa məsafəli sifarişlər 40 faiz təşkil edirdisə, hazırda bu rəqəm 13-14 faizə qədər düşüb. Nəticədə, sərnişinlər qısa məsafə üçün avtobus və digər ictimai nəqliyyatdan istifadə edirlər.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 47 137,4 nəfər olub ki, bu da illik müqayisədə 0,1 faiz azalma deməkdir. Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında ölkə üzrə taksi xidmətindən 47 184,6 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5 faiz artaraq 1 187 694,8 min təşkil edib. Rəqəmlərdən də göründüyü kimi taksidən istifadə edən vətəndaşların sayı azalıb. Bu azalmanı taksi islahatları ilə əlaqələndirmək olarmı? Taksi islahatları məqsədinə çatdı? Hazırda vəziyyət necədir?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Taksilərlə gedişlərin sayı 41,8 faizə qədər azalıb"

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi islahatı üzrə bu vaxtadək həyata keçirilən tədbirlər birinci mərhələni əhatə edir: "Bu mərhələdə əsas məqsəd taksi parkının yenilənməsi, bu sahədə uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi və digər məsələlərdir. Rəqəmlər göstərir ki, 2025-ci ilin ilk beş ayı ərzində şəxsi avtomobillər və taksilərlə həyata keçirilən gedişlərin sayı 41,8 faizə qədər azalıb. Bu müddət ərzində ictimai nəqliyyatın payı isə 33,9 faizə qədər artıb. Bu, ilk növbədə sərnişinlərin avtobusla gedişlərə marağının artması, ictimai nəqliyyatın daha da optimallaşdırılması, marşrut şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi, o cümlədən qovşaqların yaradılmasının nəticəsində mümkün olub".

Qurumdan qeyd edildi ki, islahatlardan əvvəl taksi ilə qısa məsafəli sifarişlər 40 faiz təşkil edirdisə, hazırda bu rəqəm 13-14 faizə qədər düşüb: "Nəticədə sərnişinlər qısa məsafə üçün avtobus, mikrobillik və digər ictimai nəqliyyatdan istifadə edir. İslahatların başlanması ərəfəsində Bakı şəhərində taksilərin sayı təxminən 67000 ədəd olmaqla ortalama qabaqcıl beynəlxalq təcrübə göstəricisindən təxminən üç dəfə çox idi. Hazırda icazə alan taksi minik avtomobillərinin sayı 29000-dən çoxdur. Bu da ortalama qabaqcıl beynəlxalq təcrübə göstəricisinə uyğundur".

"Taksi islahatları xidmətin yüksəldilməsini nəzərdə tutur"

Nəqliyyat eksperti Aslan Əsədov da bildirdi ki, taksi xidmətindən istifadənin azalması taksi islahatları ilə əlaqədardır: "Amma bu ilin sonu və gələn il belə olmayacaq. Çünki paytaxtda gələn ildən metropolitenin iki stansiyasında tunelqazma işləri həyata keçiriləcək. Bu səbəbdən insanlar yenidən taksidən daha çox istifadə edəcəklər".

A.Əsədovun fikrincə, taksi islahatları sərnişin daşınmasında xidmət səviyyəsinin yüksəldilməsini nəzərdə tutur: "İslahatlar nəticəsində taksi sahəsinə daha müasir avtomobillər gətirildi. Sürücülər təlimatlandırıldı, kurslara cəlb olundu, artıq imtahandan keçərək seçilirlər. Sürücü-sərnişin münasibətləri də mədəniləşib. Artıq qeyri-etik davranışı olan sürücülər mövcud deyil. Bunlar nəqliyyat vasitələrinin rentabelliyinin artırılması, vətəndaşların rahat gedişinin təmin olunması üçün görülən tədbirlərin nəticəsidir".

Ekspertin sözlərinə görə, taksi islahatları ümumi istifadədə olan nəqliyyat vasitələrinin əlçatanlığında çətinlik yaradıb. Bu da insanlarda narahatlıq doğurur: "İslahatlar taksi fəaliyyətində vətəndaşların əlçatanlığınını təmin olunması, nəqliyyat vasitələrinin rentabelliyinin artırılmasına xidmət etməlidir".

"Taksiyə artıq əyləncə naminə gələn insanlar yoxdur"

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə düşünür ki, taksidən istifadənin azalmasının əsas səbəbi ictimai nəqliyyatın, xüsusən də avtobusların daha keyfiyyətli xidmət göstərməsidir: "Həmçinin ictimai nəqliyyatda istismara buraxılan marşrutlar daima yenilənir. Həm özəl, həm də dövlətin balansında olan daşıyıcı şirkətlər nəqliyyat vasitələrini yeniləyirlər".

E.Cəfərov bildirdi ki, taksi daha məsuliyyətli peşə növünə çevrilib: "Taksi islahatları ötən illərdə qəbul olunmuş qayda və qanunlara əsasən həyata keçirilir. Əsas məqsəd taksini daha təhlükəsiz və keyfiyyətli etməkdir. Düşünürəm ki, bu məqsədə qismən də olsa, nail olunub. Belə ki, artıq köhnə, yararsız, sərnişindaşımaya uyğun olmayan nəqliyyat vasitələrini taksidə görmürük. Onların əvəzində taksidə daha yeni avtomobillər istismar olunur. Daha çox hibrid və elektromobil avtomobillər üstünlük təşkil edir. Taksiyə artıq əyləncə naminə gələn insanlar yoxdur. Yalnız təcrübəli şəxslər fəaliyyət göstərirlər. Bu da sürücülərin məsuliyyətini daha da artırır".

Ekspert deyir ki, taksidə keyfiyyətin və təhlükəsizliyin yüksəldilməsi sərnişinlərdən, onların tələbləri, təklifləri və şikayətlərindən asılıdır: "Məsələn, əvvəlki aylarda sərnişinlər şikayət edirdi ki, proqramda başqa avtomobildir, lakin ünvana başqa avtomobil gəlir. Bu problemin həlli üçün SİMA əlavə olundu. Hansı ki, artıq sürücü haqqında məlumat müvafiq qurumlara ötürülür. Bu da taksini daha təhlükəsiz edir. Gələcəkdə də hər hansı problem çıxdıqda, sərnişinlərin iradı ilə bu problemi həll etmək mümkün olacaq. Ümid edirəm ki, getdikcə taksi sahəsində vəziyyət daha da yaxşılaşacaq. Belə olduğu təqdirdə biz keyfiyyət, yüksək təhlükəsizlik standartına çata biləcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri