Taksi qiymətləri ilə bağlı rəsmi açıqlama Artım olacaq?
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiyməti bazarın təsirləri əsasında formalaşmalıdır. Ödənişli zonaların taksi fəaliyyətinə təsiri hazırda açıq sualdır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.
"Növbəti 3 ay ərzində bu məsələ araşdırılacaq. Taksilərin gəlirləri də nəzərə alınacaq. Hazırda bununla bağlı proqnoz vermək çətindir, çünki bu, ciddi hesablamalar tələb edir. Hər bir qərarın arxasında ciddi iqtisadi əsaslandırma dayanmalıdır. Hökumətin tələbi budur", deyə A. Rzayev əlavə edib.//APA
Baxış sayı:65
Bu xəbər 22 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















