Icma.az
close
up
RU
Taksi sürücülərindən AYNA ya sərt ittihamlar Rüşvət iddiası: RƏSMİ REAKSİYA

Taksi sürücülərindən AYNA ya sərt ittihamlar Rüşvət iddiası: RƏSMİ REAKSİYA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində 25.000-lik kvota tətbiq edilib.

Bunun ardınca qeydiyyat üçün yaranan uzun növbələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) ağır ittihamların hədəfinə çevirib.

Oxu.Az Bakı Beynəlxalq Avtovağzalının ətrafında gecə saatlarında yaranan taksi sürücülərinin uzun növbələrindən reportaj hazırlayıb. Reportaj zamanı növbə gözləyən sürücülər AYNA rəhbərliyini ayrı-ayrı iri sahibkarlara və taksi şirkətlərinə qeyri-rəsmi imtiyazlar verməkdə günahlandırıblar.

Sürücülər kvotaya daxil olmaq üçün saatlarla sürən fiziki növbələrin və elektron sistemdəki ləngimələrin kiçik fərdi sahibkarları bazardan sıxışdırıb çıxarmaq məqsədi daşıdığını düşünürlər. Onların fikrincə, bu prosesin süni şəkildə çətinləşdirilməsi sahibkarlara (yüzlərlə avtomobilə sahib olan şirkətlərə) kvota limitini asanlıqla doldurmaq üçün şərait yaradır.

"Biz axşam 11-dən səhərə qədər buraya gəlib növbə gözləyirik, amma bəzi iri şirkətlər sənədlərini birbaşa, problemsiz keçirir. Qaydalar sadəcə sözdə növbəlilik əsasındadır. Amma həqiqətdə proses elə qurulub ki, fərdi taksi sürücüsü yorulub geri çəkilsin, bazar sahibkarların inhisarına keçsin", - deyə sürücülərdən biri Oxu.Az-a bildirb.

Başqa bir sürücü ona rüşvət müqabilində buraxılış vərəqəsi təklif olunduğunu dedi.

Yüzlərlə sürücünün avtovağzal ətrafına toplaşıb, növbə gözləməsi artıq rəsmi qurumları da hərəkətə keçirib. Reportaj zamanı AYNA-nın əməkdaşları sürücüləri ərazidən uzaqlaşdırmaq üçün cəhdlər göstərirdilər.

Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Əliyev Oxu.Az-a açıqlamasında növbələrin yaranması səbəbinə belə aydınlıq gətirib:

"Son həftə ərazində taksi minik avtomobilləri ilə sərnişin daşımalarına müvafiq icazələrinin alınması üçün müraciətlərin sayında kəskin artım müşahidə olunur. Şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri - narkoloji test müayinəsidir. Qeyd edək ki, tək avtovağzal kompleksinin ərazisində yerləşən tibb müəssisələrində deyil, Bakı şəhərinin müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək və bu haqda arayışı əldə etmək mümkündür. Əlavə olaraq bildiririk ki, icazələrin verilməsi elektron qaydada həyata keçirilir, bunun üçün hər hansısa yerə fiziki gəlməyə ehtiyac yoxdur".

Amma sürücülər elektron qaydada icazələrin almaq imkanın məhdudlaşdırıldığını, hazırda ancaq avtovağzalda fəaliyyət göstərən kiçik bir yerdə icazələrin verildiyini bildirirdilər:

"Əvvəllər gündə 110 icazə verildisə, indi 2 nəfəri gətirib otuzdurublar burada, gündə maksimum 25 icazə verirlər".

Sürücülərlə söhbətləşən AYNA əməkdaşları isə Oxu.Az-a danışmaq istəməyərək, sürətlə ərazini tərk etdilər.

Geniş reportajı videosujetdən izləyə bilərsiz:

Taksi sürücülərindən AYNA-ya sərt ittihamlar - Rüşvət iddiası: RƏSMİ REAKSİYA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri