Icma.az
close
up
RU
Taksi sürücülərindən ən çox şikayətlərin olduğu ölkələr: Türkiyə lideridir (SİYAHI)

Taksi sürücülərindən ən çox şikayətlərin olduğu ölkələr: Türkiyə lideridir (SİYAHI)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Turistlərə xarici səfərlər zamanı tez-tez taksi xidmətlərindən istifadə etməli olurlar və məhz bu məqam çox vaxt problemlərə səbəb olur. İnsanlar tez-tez taksi sürücülərinin onları müxtəlif yollarla aldatmağa çalışdıqlarından şikayət edirlər.

Qaynarinfo "Independent" qəzetinə istinadən xəbər verir ki, sığorta şirkəti "AllClear" kiçik bir araşdırma apararaq turistlərin hansı ölkədə taksi sürücüləri ilə ən çox problem yaşadıqlarını müəyyənləşdirməyə çalışıb. Bunun üçün populyar "Reddit" forumunda taksilərdə dələduzluqla bağlı 450-dən çox yazı və 30 000-dən çox şərh təhlil edilib.

Təhlil göstərib ki, şikayətlərin sayına görə böyük fərqlə liderlik edən ölkə Türkiyədir. Tədqiqatçılar türk taksi sürücüləri ilə bağlı 4 224 şərh qeydə alıblar. Bu, ikinci yerdə qərarlaşan Hindistanla bağlı 2 301 şərhdən demək olar iki dəfə çoxdur.

Ümumilikdə problemli ölkələr siyahısı belədir:

1. Turkiyə

2. Hindistan

3. Tailand

4. Vyetnam

5. Misir

6. Avstraliya

7. Meksika

8. Mərakeş

9. ABŞ

10. Kanada

11. Fransa

12. Kolumbiya

13. Filippin

14. İtaliya

15. Norveç

Araşdırma həmçinin göstərib ki, taksi sürücüləri ilə qarşılaşma ehtimalı ən yüksək olan məkan hava limanlarıdır - hər üçüncü şərhdə məhz bu yer qeyd olunub.

Tədqiqat turistlərin əvvəlcədən bilməli olduğu ən yayılmış taktikaların siyahısını da hazırlayıb:

1. Sayğacı işə salmamaq. Qısa səfərlər zamanı qəfil yüksək ödənişdən qorunmaq üçün getməzdən əvvəl sürücüdən sabit qiymət tələb edin.

2. Turist hələ taksiyə minib-girməmək barədə qərar vermədikdə çamadanları maşına yükləmək. Razılığınız olmadan taksi sürücülərinin əşyalarınıza toxunmasına icazə verməyin.

3. Nağdsız ödənişi qəbul etməmək. Sürücü kartla ödəniş terminallarının olmadığını və ya işləmədiyini iddia edirsə, bu adətən sərnişindən tarifdən çox pul almaq niyyətinin göstəricisidir: bəzən böyük nağd pul üçün də qaytaracağının olmadığını bildirirlər.

4. Uzun marşrutlardan istifadə etmək. Daha çox pul almaq üçün sürücü qəsdən ən uzun yolu seçə bilər - marşrutu xəritədə əvvəlcədən öyrənmək və haraya getdiyinizi izləmək məsləhətdir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri