Icma.az
close
up
RU
Taksi sürücülərindən şikayət: Avtomobillərimizə həbs qoyulur, cərimə yazılır

Taksi sürücülərindən şikayət: Avtomobillərimizə həbs qoyulur, cərimə yazılır

Icma.az, News24 portalına istinadən məlumat verir.

Naxçıvan taksilərinə Türkiyənin Iğdır vilayətinə sərnişin daşımağın qadağan edildiyi iddia olunur. Bildirilir ki, bu qadağanı Türkiyə tərəfi bir neçə həftədir tətbiq etməyə başlayıb. Yeni qaydanı pozan sürücülər cərimələnir, avtomobillərinə isə 15 günlük həbs cəzası verilir.

News24.az xəbər verir ki, bu şikayətlə “Gündəlik Naxçıvan”a taksi sürücüləri müraciət ediblər.

Sürücülərin sözlərinə görə, jandarma onları gömrüyü keçdikdən sonrakı 20 kilometrlik nəzarət zonasında yoxlayır. Avtomobillərin taksi olub-olmadığını yoxlamaq üçün sürücülərdən sərnişinlərin ad-soyad və təvəllüdlərini soruşurlar. Sorğu-suala ətraflı cavab verə bilməyən sürücülər cərimələnir, avtomobillər isə cərimə meydançasına göndərilir.

Taksi sürücüsü Gündüz Məmmədov da bir neçə gün əvvəl eyni üsulla cərimələndiyini deyir: “İllərdir Türkiyəyə sərnişin daşımaqla çörəkpulumuzu çıxarırıq. Son zamanlar oraya da 15 gündən bir buraxmağa başlamışdılar. Biz həm 3-4 nəfər qonum-qonşunu, başqa sərnişinləri aparıb-gətirərək benzin pulunu çıxarırıq, həm də evimizə alış-veriş edirik. İndi də sərnişin apardığımız üçün Türkiyə polisi bizi cərimələyir, avtomobilimizə həbs qoyur. Bunu Iğdır-Dilucu keçid məntəqəsi arasında taksi kimi işləyən mikroavtobus sürücülərinin şikayəti əsasında etdiklərini deyirlər. Bildirirlər ki, naxçıvanlı sürücülər sərnişini gömrüyə kimi gətirməli, oradan Iğdıra isə türkiyəli taksi sürücüləri aparmalıdırlar”.

Digər sürücü Nazim Məmmədov da eyni problemlə üzləşdiyini bildirir: “Əvvəllər belə şeylər olmurdu, biz də, onlar da Naxçıvan-İğdır-Naxçıvan istiqamətində sərnişin daşıya bilirdik. Sonra 15 gündən bir getməyə icazə verdilər. İndi də deyirlər ki, Naxçıvan taksilərinə Türkiyə ərazisinə müştəri gətirmək olmaz. Naxçıvan gömrüyünə kimi gətirin, oradan verin Türkiyə taksilərinə. Nə edəcəyimizi bilmirik. Çörəkpulunu çıxara bilmirik”.

Sürücülərin iddiasına görə, hazırda onlarla Naxçıvandan olan taksi Türkiyədə həbsdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri