Icma.az
close
up
RU
Taksi sürücülərinə pis xəbər: Endirim tətbiq OLUNMAYACAQ

Taksi sürücülərinə pis xəbər: Endirim tətbiq OLUNMAYACAQ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əlavə yeni qaydaya əsasən, qəza baş verdikdə artıq sığorta kimin adına rəsmiləşdirilibsə ona deyil, birbaşa qəza törədən sürücünün adına bahalaşma tətbiq olunacaq. Məsələn, mən avtomobili etibarnamə ilə başqa bir şəxsə vermişəmsə və sığorta mənim adımdadırsa, indiyə qədər həmin sürücü qəza törətdikdə növbəti ildə cərimə sanksiyası mənə tətbiq olunurdu. Yeni qaydaya əsasən isə avtomobili verdiyim şəxs qəza törədərsə, artıq cərimə sanksiyası birbaşa həmin sürücünün adına hesablanacaq".

Sığorta üzrə ekspert Şahin İsmayılov Redaktor.az-a yeni tətbiq olunacaq qaydadan danışarkən bildirdi.

Onun sözlərinə görə, amma burada vacib bir məqam var:

"Arada etibarnamə münasibəti olduğuna görə bu dəyişiklik avtomobil sahibini tam şəkildə məsuliyyətdən azad etmir. Ona görə də avtomobilə etibarnamə verərkən çox diqqətli olmaq lazımdır. Kimə gəldi etibarnamə vermək sonradan sizi müəyyən məsuliyyətlərlə üz-üzə qoya bilər. Hüquqi şəxsin adına olan avtomobil qəza törətdikdə artıq sığorta haqqındakı artım şirkətin deyil, qəza törədən sürücünün adına tətbiq olunacaq. Bu dəyişiklik xüsusilə lizinq yolu ilə avtomobil idarə edən şəxslər üçün əhəmiyyətlidir. İndiyə qədər lizinq şirkətlərinin adına yüzlərlə avtomobil rəsmiləşdirildiyi üçün onlardan hər hansı biri qəza törətdikdə, həmin şirkətin VÖEN-i üzrə bonus-malus göstəricisi dəyişirdi və nəticədə digər sürücülər də cərimə sanksiyası ilə üzləşirdilər. Səbəb ondan ibarət idi ki, həmin avtomobillərin icbari sığortası lizinq şirkətinin VÖEN-i üzərindən sistemə daxil edilirdi. Bonus-malus əmsalı şirkət üzrə artdığı üçün bütün sürücülər bundan təsirlənirdi. Yeni qaydalar isə bu problemi aradan qaldırır".

Ekspertin sözlərinə görə, artıq lizinq avtomobili idarə edən sürücülər başqa bir sürücünün törətdiyi qəzaya görə cərimə sanksiyası daşımayacaqlar:

"Bu, kifayət qədər müsbət və vacib dəyişiklik hesab olunur. Son dəyişiklik isə taksi fəaliyyəti ilə bağlıdır. Taksi lisenziyası olan avtomobillərə illik 5 faiz endirim tətbiq edilməyəcək. Yəni digər sürücülər üçün nəzərdə tutulan bonus sistemi taksilərə şamil olunmur. Bundan əlavə, məlum olduğu kimi, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin icbari sığortasına əlavə 1.5 əmsal tətbiq edilir. Bu isə onların ödədiyi sığorta haqqının digər sürücülərlə müqayisədə daha yüksək olması deməkdir", - deyə müsahibimiz sonlandırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 May 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri