Taksi sürücülərinə ŞAD XƏBƏR Avtobus zolağına daxil olmağa İCAZƏ VERİLƏ BİLƏR
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı yollarında bir neçə ildir ki, avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağan edilib. Lakin dünya təcrübəsinə görə, bəzi ölkələrdə avtobus zolaqlarından həm də ictimai nəqliyyat sayılan taksilərin də istifadəsinə icazə verilir. Belə ki, sərnişin daşıyan taksilərin tıxacda qalmaması nəzərə alınaraq avtobus zolağına daxil olmasına imkan verilir.
Maraqlıdır, bu təcrübə ölkəmizdə də tətbiq oluna bilər?
Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rəsmi qaydada qanuni fəaliyyət göstərən taksilərin avtobus zolağına daxil olmasına imkan yaradıla bilər:
“Bunun üçün müəyyən texniki məsələlər var ki, onlar həll olunmalıdır. Mənim bildiyim qədərilə bu məsələ aidiyyəti qurumlarda hazırda müzakirə olunur. Məsələ ilə bağlı şad xəbər olacaq və taksilərə avtobus zolağında hərəkət etməyə icazə veriləcək.
Taksi, moped, velosiped, skuter, avtobus zolağında hərəkət etsə, yol ədalətli şəkildə hərəkət iştirakçıları arasında bölünmüş olar.
Yoxsa ki darısqal yollarda hər nəqliyyat vasitəsi üçün ayrı zolaq çəkmək əlavə problemlər yaradır”.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















