Icma.az
close
up
RU
Taksi sürücülərinin əsas problemi ilə bağlı açıqlama

Taksi sürücülərinin əsas problemi ilə bağlı açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Taksi xidməti müasir şəhər nəqliyyatının ən çevik və geniş istifadə olunan formalarından biridir. Sərnişinlərin istədikləri nöqtədə minib-düşmək tələbi bu xidmətin əsas üstünlüklərindən sayılsa da, şəhər mühitində yol hərəkətinin təşkilinə və təhlükəsizliyə dair müəyyən suallar yaradır. Bu vəziyyət həm sərnişin rahatlığının təmin edilməsi, həm də yol hərəkəti qaydalarına riayət olunması baxımından balanslı yanaşma tələb edir. 
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, sərnişinin taksiyə istədiyi nöqtədə minib-düşməsi onun təbii hüququdur:
"Taksi ictimai nəqliyyatdan fərqli olaraq daha komfortlu xidmət göstərən nəqliyyat növüdür və sərnişin istədiyi yerdə minə və düşə bilir. Bu yanaşma şəhər nəqliyyatında və yol hərəkətində ciddi problem yaratmamalıdır. Taksi avtomobil yolunun sağ zolağında qısa müddət dayanıaraq sərnişini mindirib-düşürə bilməlidir və bu hal qadağan olunmayan yerlərdə cəriməyə səbəb olmamalıdır. Bakı şəhərində artıq taksilər üçün minib-düşmə məntəqələri və dayanacaqlar da mövcuddur. Buna baxmayaraq, bəzi hallarda sürücülər qısa dayanmalara görə cərimələndiklərini bildirirlər ki, bu da narazılıq yaradır".
O bildirib ki, müasir taksi sistemi tətbiqlər üzərindən işləyir və sərnişin sifariş etdiyi ünvandan götürülərək təyinat yerinə çatdırılır:
"Sistem ümumilikdə daha operativ və şəffafdır, həm sürücünün, həm də sərnişinin hüquqlarını qoruyur. Buna görə də taksilərin qısa müddətli dayanma və minib-düşmə imkanlarının daha aydın tənzimlənməsi vacibdir. Bu sahədə qaydaların dəqiqləşdirilməsi həm xidmət keyfiyyətini artırar, həm də mövcud qarışıqlıqları aradan qaldıra bilər",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see281

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see244

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see209

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see189

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see188

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see178

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see171

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see171

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see169

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see165

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see165

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see163

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see162

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see161

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see156

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see153

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see150

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see149

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see149

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri