Icma.az
close
up
RU
Taksi sürücülərinin qiymətləndirilməsi sərnişinlərin təhlükəsizliyini artırır?

Taksi sürücülərinin qiymətləndirilməsi sərnişinlərin təhlükəsizliyini artırır?

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Heydər Əliyev prospektində baş vermiş taksi qəzası cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisədən sonra sosial şəbəkələrdə və mediada taksi xidmətləri ilə bağlı narazılıqlar bir daha gündəmə gəlib. Ümumiyyətlə, son dövrlərdə ictimai nəqliyyat, xüsusilə taksi xidmətlərindən istifadə zamanı yaşanan bəzi xoşagəlməz hallar cəmiyyətdə narahatlıq doğurur. Yol-nəqliyyat hadisələri, sürücülərin qeyri-adekvat davranışları, sürət həddinin aşılması və digər problemlər taksidə sərnişin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bəs taksidə təhlükəsizliyimizi qorumaq üçün hansı addımları atmalı, necə davranmalıyıq?

Məlumdur ki, mobil tətbiq vasitəsilə taksi sifariş etdikdə, hər dəfə gedişi bitirdikdən sonra tətbiqdə mütləq sürücünün qiymətləndirilməsi tələb olunur. Bu qiymətləndirmədən istifadə edən də var, etməyən də. Sürücü tələblərə cavab verməsə belə, beş balla qiymətləndirən də var, ideal sürücüyə üç bal verən də... Maraqlıdır, qiymətləndirmənin əhəmiyyəti nədir?

Avtosfer.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Eyni sürücü ilə bağlı bir neçə mənfi rəy toplanarsa...

Taksi fəaliyyətini həyata keçirən "Bolt" şirkətindən bildirilib ki, qiymətləndirmə xidmət keyfiyyətinin artırılmasını təmin edən əsas alətdir: "Əgər sürücünün davranışı ilə bağlı şikayət daxil olub və nəticədə o, platformadan uzaqlaşdırılıbsa, bu, yüzlərlə potensial təhlükəli səfərin qarşısının alındığı deməkdir. Nəticə böyük ölçüdə sürücünün özündən asılıdır. Bəzi insanlar xidmət göstərmək üçün kifayət qədər uyğun deyillər və bu cür şəxslərin istifadəçi rəylərinə əsasən sistemdən kənarlaşdırılması tamamilə normaldır. Aşağı bal alan sürücülər zərurət olduqda əlavə təlimlərə cəlb olunur və ya xəbərdarlıq alırlar. Aşağı reytinqlər xidmət keyfiyyəti və sürücü davranışı ilə bağlı problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Əgər sərnişin bir, iki və ya üç bal verərsə, sistem avtomatik olaraq səbəb seçməyini tələb edir (məsələn: sürücünün kobud davranışı, avtomobilin təmiz olmaması və s.). Bu məlumatlar şirkətin keyfiyyət komandası tərəfindən izlənilir və eyni sürücü ilə bağlı bir neçə mənfi rəy toplanarsa, müvafiq tədbirlər görülür".

Əgər sərnişin sadəcə hörmət xatirinə beş bal verirsə...

Şirkətin məlumatına görə, əgər sərnişin bir sürücüyə aşağı bal verib və səbəb qeyd edibsə, bu məlumat sistemdə yadda saxlanılır və gələcəkdə eyni sürücünün həmin sərnişinə təyin olunma ehtimalı azalır: "Adekvat olmayan, yəni real performansa uyğun olmayan ballar müəyyən mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əgər sərnişin sadəcə hörmət xatirinə beş bal verirsə, problemli halların vaxtında aşkarlanması çətinləşir. Əgər aşağı keyfiyyətli xidmət göstərən sürücü gerçək vəziyyəti əks etdirməyən yüksək ballar alırsa, sistemdə yüksək reytinqli istifadəçi kimi görünür. Beləliklə, qiymətləndirmə sistemi öz funksionallığını itirir, çünki sürücülər nə düzgün geribildirim ala, nə də xidmətlərini təkmilləşdirmək üçün bu məlumatdan faydalana bilirlər".

"Operatorlar qeyri-qanuni taksi sürücülərinə görə külli miqdarda cərimələnir"

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, vətəndaşlar taksi sifarişini əsasən mobil tətbiq vasitəsilə edirlər, bəzi hallarda sifarişə başqa sürücü gəlir: "Yəni, tətbiqdə göstərilən şəxslə sifarişə gələn eyni olmur. Bu, artıq sərnişində şübhə doğurmalıdır. Anlamalıdır ki, əgər sifariş etdiyi maşın gəlmirsə, yaxud sürücü başqadırsa, demək ki, burada bir problem var. Bu o deməkdir ki, hazırda taksini idarə edən şəxs taksi fəaliyyətindən daimi və ya müvəqqəti kənarlaşdırılıb, ona blok qoyulub. Burada artıq sərnişin təhlükəsizliyinə güvənmirsə, həmin taksidən istifadə etməməlidir. Güvənmədikdə, vətəndaş ilk növbədə çağırdığı taksi operator şirkətinə məlumat verməlidir ki, bununla bağlı tədbir görülsün. Çünki taksi operator şirkətləri də qeyri-qanuni işləyən sürücülərə görə külli miqdarda cərimə oluna bilər. Yeni taksi qaydalarına görə, dövlət qurumu həmin taksi şirkətini 20 min manatdan başlayan məbləğlə cərimələyir. Bu səbəbdən taksi şirkətləri də maraqlıdır ki, qeyd olunan maşın və qeyd olunan şəxs çağırışa gəlsin".

Sürücü nalayiq hərəkət edərsə...

Mütəxəssis vurğulayır ki, əgər taksidə sürücü nalayiq hərəkət edərsə, bu zaman sərnişin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etməlidir: "Aldadılma məsələsi varsa, pulun qalığı verilmirsə, yaxud əvvəlki sövdələşmə qiymətindən daha bahalı qiymət təklif olunursa, bu zaman sərnişin həm taksi şirkətinə, həm də müvafiq dövlət qurumuna müraciət edə bilər".

E.Cəfərov vurğulayır ki, vəziyyət o yerə gəlib ki, peşəkar sürücülər işləyə bilmirlər: "Əyləncə xatirinə taksi sürənlər peşəkar sürücülərin işinə mane olurlar. Neqativ hallar çoxaldıqda, insanlar peşəkarlara da etibar etmir. Biz belə sürücülərdən xilas olmalıyıq".

Sürücülərdən alınan yüksək komissiya

Taksi şirkətlərinin probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, taksi sahəsində ən ciddi problem taksi şirkətlərinin qanunvericiliyə tam əməl etməməsidir: "Bu problemlər taksi sürücülərinin əməyinin istismar edilməsi, şirkətlərin sürücülərdən aldığı yüksək komissiyalardır. Bu məsələlər müvafiq dövlət qurumları tərəfindən həll edilməlidir. Xarici taksi şirkətləri qarşısında məsələ qaldırımaldırılar ki, onların sürücülərdən aldığı yüksək komissiya haqqı azaldılsın".

"141"ə müraciət edin

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sərnişinlərdən taksilərlə bağlı qarşılaşdıqları müxtəlif problemlərə dair AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Aprel 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri