Icma.az
close
up
RU
Taksi sürücüsü istənilən yerdə sərnişini düşürtmək hüququna malik olmalıdır AÇIQLAMA

Taksi sürücüsü istənilən yerdə sərnişini düşürtmək hüququna malik olmalıdır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yerli KİV-də yer alan məlumatlara görə, bu gündən etibarən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək. Onlar taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər. 

Taksilərə hansı yeni imtiyazlar verilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, bu narazılıqlar öncədən proqnozlaşdırılıb:

"Bununla bağlı çoxsaylı mətbuata müsahibələrimizdə bildirmişik. Doğrudan da, taksi dayanacağlarının sayı kifayət qədər azdır. Hesab edirəm ki, avtobuslar üçün nəzərdə tutulan zolaqlardakı avtobus dayanacaqlarından taksilərə də dayanacaq kimi istifadə etmək üçün səlahiyyət və hüquq verilməlidir. Məhz həmin dayanacaqlardan 5 metr öndə, 5 metr arxada taksilərin sərnişinini düşürtməsi üçün icazə verilsin. Dərhal sürücülər cərimələnməsin. Çünki istənilən halda sərnişin birinci zolaqda düşürülməlidir. İkinci zolaqda, nəqliyyatın olduğu zolaqda təbii ki, taksi dayanacaqda park edə bilməyəcək. Bu isə qəza şəraiti yaradacaq. Eyni zamanda da istənilən nöqtədə sərnişinin düşmək üçün hüququ və haqqı var. Birinci zolağa girərkən 100 manat cərimələnəcəksə, bu ziddiyyət necə olmalıdır? Burada birmənalı olaraq hüquq pozuntusu var. Dünyanın heç bir ölkəsində bu yoxdur".

Ekspertin sözlərinə görə, taksi sürücüsü istənilən yerdə, istənilən zolaqda sağa, sola dönmə işarəsi edərək sərnişini düşürtmək hüququna malik olmalıdır.

"Taksi sürücüləri haqlıdırlar. Qiyməti isə bazar tənzimləyəcək. Hal-hazırda qiymətlər istehlakçıların imkanları daxilindədir. Taksilər xidmət göstərir və qazanc əldə edə bilirlər. Böyük məbləğlər olacaqsa, bu, taksilərdən imtinaya gətirib çıxaracaq. Bu normal haldır, bunu bazar özü tənzimləyəcək. Onlar qiymət artırmaq, ya azaltmaq istəyirlərsə, etsinlər. Bu zaman vətəndaşlar skuterlərə, velosipedlərə və digər alternativ nəqliyyat vasitələrinə daha çox üstünlük verəcəklər. Bu iki paradoksal kompleks aradan qaldırılmalıdır", - deyə İ.Hüseynli bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri