Taksi sürücüsü maşında avtomat gəzdirirmiş Həbs edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, 1991-ci il təvəllüdlü V.Musayevin idarə etdiyi “Changan Qiyuan A05” markalı avtomobil Nizami rayonu Qara Qarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobildə axtarış aparılarkən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, V.Musayev əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş.
Məhkəmənin hökmü ilə o 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 May 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















