Taksi sürücüsündən tanınmış jurnalistə qarşı İNSİDENT
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Jurnalist Ülviyyə Hüseynova sosial şəbəkə hesabında qarşılaşdığı insidentlə bağlı paylaşım edib.
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hadisə iki gün əvvəl 8 Noyabr prospektində baş verib.
Jurnalistin sözlərinə əsasən, taksi sürücüsü ona işıq siqnalları verərək yol tələb edib və təhlükəsiz ara məsafəsini gözləmədən təzyiq göstərib. Bildirilir ki, sol zolaq boş olsa da, sürücü davamlı şəkildə siqnal verərək narahatlıq yaradıb.
Daha sonra tərəflər arasında mübahisə yaranıb. İddialara görə, sürücü nalayiq ifadələr işlədərək xanım sürücünü təhqir edib. Hadisə ilə bağlı Ülviyyə Hüseynova Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.
Jurnalist müraciətinə qısa müddətdə baxıldığını, həmin sürücünün polis bölməsinə dəvət olunduğunu və davranışına görə üzr istədiyini bildirib.
"Ona cəmi bir sual ünvanladım: "Sol tərəfdə ötmək üçün zolaq boş olduğu halda, nədən dayanmadan mənə işıq siqnalı verirdiniz və ötüb keçmirdiniz?" Cavabı isə təəccüblü oldu: "Maşındakı sərnişinlər ailə idi, uşaqları nadinclik edib əsəblərimlə oynayırdı..." Görünür, sürücü əsəbi olduğu anda Azərbaycan Respublikasının qanunlarını və ən əsası, Azərbaycan xanımına qarşı hörmət hissini tamamilə unudubmuş", - deyə Ülviyyə Hüseynova bildirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 09 İyun 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















