Taksidə kondisioneri işlətməyə görə sərnişindən pul tələb edilə bilər? KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində kondisionerdən istifadəyə görə əlavə ödəniş tələb edilə bilməz”.
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında deyib.
Yasin Mustafayev
Onun sözlərinə görə, taksilərə qoyulan tələblərdən biri də isitmə və soyutma sisteminin avtomobildə olması və işlək vəziyyətdə saxlanmasıdır:
“Əgər bu sistemin avtomobildə olması tələb kimi qoyulubsa, demək ki, o zəruri hallarda işlədilməlidir. Bu qurğular bəzək üçün nəzərdə tutulmayıb. Avtomobil istidirsə, soyutma sistemi – yəni kondisioner işə salınmalıdır. Soyuq havada isə əksinə, isitmə sistemi işləməlidir. Bu, sərnişinin rahatlığı və təhlükəsizliyi üçün vacibdir”.
Ekspert əlavə edib ki, bu xidmətə görə sərnişindən əlavə ödəniş tələb olunması qanunsuzdur.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















