Icma.az
close
up
RU
Taksidən istifadə edənlərin NƏZƏRİNƏ

Taksidən istifadə edənlərin NƏZƏRİNƏ

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Taksi sürücülərinin şikayət etdiyi sərnişin minib-düşmə məntəqələrinin azlığı məsələsi çox ciddi mövzudur. Lakin burada müxtəlif maraqlar arasında balans qorunmalıdır. Hər yerdə avtomobil saxlamağa icazə vermək qeyri-mümkündür".

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Agentlik rəhbəri qeyd edib ki, hazırda avtobus və velosiped zolaqlarının çəkilməsi ilə əlaqədar bir sıra məhdudiyyətlər yaransa da, artıq şəhərin 16 küçə və prospektində 28 xüsusi minib-düşmə məntəqəsi istifadəyə verilib. Lakin o, ictimai nəqliyyatın intervalının hər şeydən vacib olduğunu vurğulayıb: Dördpendirli pizza

"Əgər avtobusun intervalı üç dəqiqədirsə, onun zolağında bir taksinin hətta 15-20 saniyə dayanması qrafikin pozulmasına səbəb olur. Biz ya ictimai nəqliyyatın hərəkət intervalını prioritet saxlamalıyıq, ya da hər nöqtədə sərnişin düşürməsinə şərait yaradaraq sistemi iflic etməliyik. Bu, kompromis tələb edən məsələdir".

Anar Rzayev taksi xidmətindəki problemlərin həllində sərnişinlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, bəzi vətəndaşların qeyri-real tələblərinin sürücüləri qayda pozmağa məcbur etdiyini bildirib:

"Bəzən vətəndaşlar "məhz burada məni düşürməlisən" və ya "tam dayandığım nöqtəyə gəlməlisən" deyərək sürücüləri çətin vəziyyətə salırlar. Elə məkanlar var ki, ora avtomobillə yaxınlaşmaq mümkün deyil. Vətəndaşlarımızdan xahiş edirik ki, sürücülərə anlayışla yanaşsınlar".

Sürücülərin peşəkarlıq səviyyəsinə toxunan AYNA sədri qeyd edib ki, bu günə qədər 67 min sürücü xüsusi təlimlərdə iştirak edib:

"Həmin sürücülər dərs oxuyub, Dövlət İmtahan Mərkəzində imtahan verərək fəaliyyətə başlayıblar. Onlar böyük əmək sərf edirlər və gün ərzində kifayət qədər çətin şəraitdə çalışırlar. Sərnişinlərin 'nöqtəbənöqtə' tələbləri azalarsa, sürücülər üçün də qaydalar çərçivəsində işləmək daha rahat olar".

Sonda bildirilib ki, AYNA balanslı həll yollarının tapılması və taksilərin dayanması üçün şəraitin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2026 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri