Icma.az
close
up
RU
Taksilər aeroporta buraxılmayacaq?

Taksilər aeroporta buraxılmayacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər Heydər Əliyev Beynəlxalq Aeroportunda adi taksi xidmətindən istifadə ilə bağlı məhdudiyyətlər tətbiq olunacağı barədə məlumatlar yayılıb.

Bildirilir ki, taksi xidməti ilə işləyən sürücülər hava limanında sifariş qəbul edə bilməyəcəklər.Azərbaycan Sürücülər Assosiasiyasının rəhbəri Elşad Eldarovun sözlərinə görə, sürücülər indiyədək sərnişinləri hava limanına aparıb geri dönərkən oradan müştəri götürə bilirdilər.

Lakin indi onların nə hava limanı daxilində, nə də girişdəki şlaqbaum yaxınlığında dayanmasına icazə verilmir. Hava limanı ərazisində isə yalnız qırmızı rəngli “London” taksiləri işləyə biləcək. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hava limanına yalnız “London” taksilərinin buraxılması ilə bağlı iddialar həqiqətəuyğun deyil:

“Son günlər belə məlumatlar yayılır ki, guya hava limanına yalnız qırmızı rəngli “London” taksiləri buraxılacaq, digər taksilərin fəaliyyəti qadağan ediləcək. Əslində bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bütün taksilər əvvəlki qaydada hava limanına buraxılacaq. Yəni istənilən sərnişin istədiyi taksi ilə və ya şəxsi avtomobili ilə rahat şəkildə hava limanına gedə biləcək”.

O qeyd edib ki, əsas şərt digər taksi şirkətlərinin sürücülərinin də “London” taksilərinin sürücüləri kimi səliqəli olması, xarici dil bilməsi və avtomobillərinin yararlı və saz vəziyyətdə qalmasıdır:

“Eyni qayda hava limanından şəhərə gələn sərnişinlərə də aiddir. Onlar həm “London” taksilərini, həm də digər taksi operatorlarını sifariş edə biləcəklər. Sadəcə olaraq, digər taksi operatorlarının sürücüləri də “London” taksiləri kimi müəyyən standartlara cavab verməlidirlər.

Onlar səliqəli, intizamlı olmalı, xarici dil bilməli, avtomobilləri isə yararlı və saz vəziyyətdə olmalıdır. Yəni bu şərtlərlə digər taksi operatorları da sərbəst şəkildə hava limanından sərnişin daşıya biləcəklər”.

Onun sözlərinə görə, indiyədək bəzi hallarda sərnişinlər mobil tətbiq üzərindən taksi sifariş etdikdə göstərilən qiymətlə sürücülərin tələb etdiyi məbləğ arasında fərqlər yaranıb:

“Bu günə qədər bir neçə belə hallar olub ki, sərnişin mobil tətbiq vasitəsilə 15 manata taksi sifariş edib, lakin sürücü zəng edərək qiyməti 25-30 manata qaldırıb. Deyib ki, 15 manata aparmıram. Eləcə də, sürücülərin POS-terminal daşımaması problem yaradıb.

Vətəndaş kartla ödəniş etmək istədikdə, taksi sürücüsünün POS-terminalı olmayıb. POS-terminal yoxdursa, hava limanından üzü şəhərə gedən sərnişin bu ödənişi necə etməlidir?

Bu isə həm yerli sakinlər, həm də xarici turistlər üçün narazılıq doğurub. Məhz bu narazılıqların yaranmaması və yüksək səviyyəli xidməti təşkil etmək üçün bu əslində əlverişli ola bilər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri