Icma.az
close
up
RU
Taksilərlə bağlı narazılıqlar bitmir İndi də sürücü tapılmır

Taksilərlə bağlı narazılıqlar bitmir İndi də sürücü tapılmır

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxt yollarında taksi tapmaq əsl sınağa çevrilib. Sürücülər üçün tətbiq edilən yeni imtahanlar və müəyyən limitlər xidmət sahəsində ciddi narazılıq yaradıb. Qiymətlərin artması ilə yanaşı, avtomobil gözləmə müddətinin uzanması sərnişinlərin də gündəlik planlarını pozur. Bu problemin kökündə dayanan səbəblər və çıxış yolları axtarılır.
Nəqliyyat eksperti Aslan Əsədov məsələ ilə bağlı Demokrat.az-a bildirib ki, problemin həlli üçün limiti artırmaq və əlaqələri genişləndirmək vacibdir. Ekspertin fikrincə, sistemin işlək olması üçün ilk növbədə infrastrukturun əlçatanlığı təmin edilməlidir.
“Baza sistemi daha mütəşəkkil və əlçatan edilməli, cəmiyyətə açıq şəkildə təqdim olunmalıdır. Burada “cəmiyyət” dedikdə mən şirkətləri nəzərdə tuturam ki, ümumi bazadan sürücü əlçatanlığı təmin olunsun və yeni avtomobillərin gətirilməsi üçün proqramların dəstəklənməsi təmin edilsin”.
Ekspert hesab edir ki, dövlət mexanizmi birbaşa dəstəkləməsə, fərdi təşəbbüslərlə bu çətinliyi aşmaq mümkün olmayacaq. Sahibkarların atdığı addımlar müəyyən qədər təsir göstərsə də, əsas tənzimləyici xətt rəsmi qurumlar tərəfindən müəyyən edilməlidir.
"Dövlətin zəhməti və dəstəyi əsas rol oynayır. Sahibkarlar bu sahədə müəyyən addımlar ata bilər, müəyyən işlər görə bilər, amma əsas xətti dövlət qurumları və təşkilatları müəyyən etməli və dəstək olmalıdır. Başqa variantı real görmürəm. Hər bir mexanizm incəliyinə qədər hesablanmalı, proqramların həlli üçün metodoloji yanaşma əsas götürülməlidir. Mən düşünmürəm ki, məsələlər özü-özlüyündə həllini tapsın, xüsusən taksilərin gec gəlməsinin əsas səbəbi aqreqator tərəfindən idarə olunan sistemlərin vaxtında təmin edilməməsidir".
Görünən odur ki, taksi xidmətindəki mövcud böhran yalnız sürücü sayının azlığı ilə bağlı deyil. Burada həm texniki idarəetmə, həm də dövlət tərəfindən tətbiq edilən yeni qaydaların tənzimlənməsi prosesi önə çıxır. Planlı yanaşma və metodoloji dəstək olmasa, həm sürücülərin, həm də sərnişinlərin işi çətinləşməkdə davam edəcək.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri