Taksilərlə bağlı yenilik: Elektron yoxlama mexanizmi işə düşdü
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) taksi xidmətləri sahəsində yeni rəqəmsal layihənin icrasına başlayıb.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində ölkədə fəaliyyət göstərən iri taksi sifarişi platformalarında yeni yoxlama mexanizmi tətbiq olunub.
"Digital Finance" layihəsi çərçivəsində hazırda iki böyük operatorun - Bolt və Yango platformalarında sürücülərin qeydiyyatı zamanı sənədlərin avtomatik yoxlanılması sistemi istifadəyə verilib.
Yeni mexanizm vasitəsilə sürücülərin "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatları real vaxt rejimində elektron şəkildə yoxlanılacaq. Məqsəd taksi bazarında şəffaflığın artırılması, qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir.
Layihə çərçivəsində sürücülərdən öz məlumatlarının paylaşılmasına dair myGov platformasındakı şəxsi kabinetləri üzərindən razılıq vermələri də tələb olunacaq.
Qeyd edilir ki, indiyədək bu sənədlərin yoxlanılması əsasən əl üsulu ilə həyata keçirilirdi. Bu isə bəzi hallarda tələb olunan icazə və sertifikatları olmayan şəxslərin sistemdə sürücü kimi qeydiyyatdan keçməsinə şərait yaradırdı.
Yeni inteqrasiya sayəsində sənədləri təsdiqlənməyən şəxslərin taksi platformalarında sürücü kimi fəaliyyət göstərməsi mümkün olmayacaq. Rəsmilər hesab edirlər ki, bu addım xidmət keyfiyyətinin yüksəldilməsinə və bazarda qaydalara əməl olunmasının təmin edilməsinə mühüm töhfə verəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Baxış sayı:103
Bu xəbər 18 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















