Talaçay daşdı, kəndə gedən yol yararsız vəziyyətə düşdü
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər yağan güclü yağışlar Zaqatalada ciddi problemlər yaradıb.
Milli.Az xəbər verir ki, ən ağır vəziyyət Yuxarı Tala kəndi istiqamətində qeydə alınıb.
Talaçayın daşması nəticəsində Meşleş kəndinə gedən yolun təxminən 800 metrlik hissəsi yararsız hala düşüb. Bu səbəbdən 36 təsərrüfatın yerləşdiyi kəndə avtomobillərin gediş-gəlişi xeyli məhdudlaşıb. Sakinlər ərzaq, içməli su və nəqliyyat baxımından çətinlik yaşadıqlarını bildirirlər.
Sel rayonun digər ərazilərində də əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Hazırda aidiyyəti qurumlar yolların bərpası və nəqliyyat əlaqəsinin bərpası istiqamətində iş aparırlar.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 İyul 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















