Icma.az
close
up
RU
Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür, lakin bu, xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır”. 

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, hazırda yeganə tam sağaldıcı müalicə üsulu sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır:

“Bu prosedur uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıq vəziyyəti imkan verdikdə həyata keçirilir. Lakin hər xəstə üçün bu üsul mümkün olmur. Transplantasiya zamanı xərçəng müalicəsində istifadə olunan xüsusi dərmanlar və şüa terapiyası ilə xəstənin xəstə sümük iliyi tamamilə məhv edilərək, sağlam donorun kök hüceyrələri yeridilir. Bu, xəstəliyi tamamilə aradan qaldırmaq potensialına malik olsa da, ciddi risklər və ağır yan təsirlər səbəbindən yalnız xüsusi hallarda tətbiq edilir”.

T.Əhmədova bildirib ki, əksər hallarda isə talassemiya xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaq üçün müntəzəm qan köçürmələri və dəmir yüklənməsinin qarşısını alan dərmanlarla (xelasiya müalicəsi) uzunmüddətli idarəetmə aparılır:

“Müntəzəm qan köçürmələri qan səviyyəsini normal saxlamaqla anemiyanın ağır fəsadlarını azaldır və xəstənin ümumi sağlamlığını qoruyur. Lakin qan köçürmələri dəmirin bədəndə yığılmasına səbəb olur. Bu da ürək, qaraciyər və digər orqanlarda ciddi problemlər yarada bilər. Buna görə xelasiya dərmanları ilə dəmir yüklənməsi nəzarət altına alınır. Qeyd edim ki, xelasiya müalicəsi — bədəndə artıq yığılmış dəmirin orqanlardan çıxarılması üçün tətbiq olunan xüsusi dərmanlarla aparılan terapiyadır”.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see159

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see155

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see152

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see147

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see147

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see139

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see137

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see125

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see121

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see119

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see118

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see118

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri