Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Taleh Kazımov 2026 2027 ci illər üzrə proqnozları açıqladı

Taleh Kazımov 2026 2027 ci illər üzrə proqnozları açıqladı

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"2025-ci ilin sonuna dair proqnozlarımıza əsasən, cari əməliyyatlar balansının profisiti 3,1 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. Ölkəmizin strateji valyuta ehtiyatları 2025-ci ilin nəticələrinə görə 14 milyard ABŞ dolları artmışdır. Bu isə illik əsasda təxminən 19,8 faiz artım deməkdir və ehtiyatların həcmi 85,1 milyard ABŞ dolları səviyyəsində formalaşmışdır.

Marja.az -ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. 

Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 11,5 milyard ABŞ dollarına çatmışdır. Mərkəzi Bankın ehtiyatları cari əməliyyatlar balansının 9 aylıq statistikası əsasında 38 aylıq mal və xidmət idxalının ödənilməsinə kifayət edir.

Ümumilikdə, ölkəmizin strateji valyuta ehtiyatları geniş pul kütləsinin (M2) 3,6 dəfə çoxdur.

"Monetar şəraitə qısa şəkildə toxunmaq istərdim. 2025-ci ildə də bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərmişdir. İlin sonunda izafi likvidliyin səviyyəsi 2,9 milyard manat təşkil etmişdir. Buna baxmayaraq, Mərkəzi Bank monetar əməliyyat çərçivəsində mövcud olan bütün alətlərdən istifadə edərək, əsas istinad faiz göstəricisi olan AZIR indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşdur. Bu prosesi siz artıq gündəlik əsasda izləyə bilərsiniz".

Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları da açıqlayıb:

"2026–2027-ci illər üzrə proqnozlara gəldikdə, ilk növbədə inflyasiya ilə bağlı qeyd edim ki, 2026-cı ildə inflyasiyanın 5,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində olacağı gözlənilir.

İnflyasiya proqnozlarının aşağı istiqamətdə yenidən nəzərdən keçirilməsinin əsas səbəbi, ötən ilin oktyabr proqnozları ilə müqayisədə kənd təsərrüfatı istehsalçılarının qiymətləri indeksinin artım tempinin aşağı istiqamətdə reviziya olunmasıdır. Belə ki, 2024-cü ilin oktyabr ayında 2026-cı il üçün bu göstəricinin 6,9 faiz artacağı gözlənilirdi. Lakin fevral ayı proqnozlarımıza əsasən, cari ilin sonunda bu göstəricinin 5,4 faiz artacağı nəzərdə tutulur.

Bu isə həm 2026-cı il üzrə inflyasiya proqnozunun aşağı salınmasına, həm də 2027-ci ildə inflyasiyanın 4 faiz ətrafında formalaşacağını baza olaraq proqnozlaşdırmağa imkan verir.

Ümumilikdə, orta müddətli perspektivdə, xüsusilə 2026-cı il üçün, dövlət büdcəsi xərclərinin və kredit portfelinin artımının inflyasiyaya təsiri demək olar ki, neytral, yəni çox cüzi səviyyədə qiymətləndirilir.

İqtisadi artımla bağlı proqnozlarımız nikbindir. 2026-cı ildə ümumi daxili məhsulun 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in isə 4 faiz artacağı proqnozlaşdırılır. 2027-ci il üçün isə bu göstəricilərin müvafiq olaraq 2,9 faiz və 4,3 faiz olacağı gözlənilir.

Cari əməliyyatlar balansı üzrə orta müddətli proqnozlarımız da müsbətdir. 2026-cı ildə cari əməliyyatlar balansının profisiti təxminən 2,8–3,0 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Burada qeyd etmək istərdim ki, 2026-cı il üçün bir barel neftin orta qiyməti 64 ABŞ dolları, təbii qazın isə min kubmetr üzrə orta qiyməti 269 ABŞ dolları səviyyəsində götürülür.

2027-ci ildə də cari əməliyyatlar balansının profisitinin təxminən 2,7–2,8 milyard ABŞ dolları olacağı gözlənilir.Bu il üçün neftin və qazın orta qiymətləri müvafiq olaraq 65 ABŞ dolları və 254 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

Ümumilikdə, 2025-ci ilə baxışımız ondan ibarətdir ki, makroiqtisadi sabitlik qorunur və orta müddətli perspektivdə makroiqtisadi vəziyyətin müsbət və nikbin olacağını proqnozlaşdırırıq. Şübhəsiz ki, qəbul etdiyimiz qərarlar faktiki göstəricilərə və yenilənmiş proqnozlara əsaslanacaqdır. Növbəti qərarımızı isə bu ilin 2 aprel tarixində ictimaiyyətə açıqlayacağ",-  Mərkəzi Bankın sədri deyib. 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://marja.az
archiveBu xəbər 04 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri