Taleh Kazımov bank rəhbərləri ilə strateji prioritetləri müzakirə edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bank rəhbərləri ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, AMB sədri bu barədə özünün "X" hesabında bildirilib. O bildirilib ki, Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirilib. Görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub.
"Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik"- Taleh Kazımov əlavə edib.
Baxış sayı:95
Bu xəbər 29 İyul 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















