Icma.az
close
up
RU
Taleh Məmmədov:Döyülən Taleh mən deyiləm, bu jurnalist səriştəsizliyidir

Taleh Məmmədov:Döyülən Taleh mən deyiləm, bu jurnalist səriştəsizliyidir

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq bir neçə gündür ki, bütün bildiyiniz sosial şəbəkələr Ağdamda dünya çempionunun bir neçə nəfər tərəfindən döyüldüyünü yazır. İş o yerə çatıb ki, ciddi media orqanları da şəkil, video, şahid fikirləri olmadan , xəbərin dürüstlüyünü yoxlamadan bu xəbəri öz səhifələrində paylaşıblar.
Söhbət Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovdan gedir.
Desinformasiya yayan sayt və sosial şəbəkələr iddia ediblər ki, karate üzrə dünya çempionu, güləş üzrə Gəncə şəhər çempionu və Avropa üçüncüsü Taleh Məmmədov Ağdam rayonun Qızılı Kəngərli kəndində bir neçə nəfər tərəfindən döyülüb.
1-cisi: Xəbəri yazan səriştəsiz jurnalist idmançının özündən açıqlama almamış yazını sayta qoyur! Görəsən ağlı da kəsmir ki, karate üzrə dünya çempionunu döymək üçün sıradan , adi adamın neçəsi o əlbəyəxa döyüşə girməlidir ki, Taleh kimi güclü bir idmançını döyə bilsin? Ən azı 10-12 nəfər...
Hadisəni  guya "ətraflı "yazan jurnalistlər idda edib ki, kənd ərazisindəki şirkətlərdən birinin həyətində maşın saxlayarkən şirkətin anbar müdiri Ruhil adlı şəxs ona avtomobili həyətdən çıxarmağı tələb edib. Anbar rəisi ilə dünya çempionu arasında mübahisə yaranıb və nəticədə, Ruhil Taleh Məmmədovu qəfil vuraraq yerə yıxıb. Daha sonra şirkətin Saleh adlı direktoru hadisə yerinə gələrək yerdən götürdüyü bel və dəyənəklə Talehə zərbələr endirərək onun qalxmasına mane olub. Şirkətin digər işçiləri də direktor və anbar rəisinə köməyə gələrək, dünya çempionunu dəyənək və bellə döyüblər.


2-cisi: Bilirsiniz bu Taleh hansı Talehdi? 2022-ci ilin 12-14 sentyabrında Ermənistan silahlı qüvvələrinin bölmələri qəflətən, xaincəsinə Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədi, döyüşlər zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid oldu, 282 döyüşçümüz isə yaralandı . Bax həmin günlərdə - 22 sentyabrda Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisi Hraçya Poqosyanla qarşılaşan, qəzəbindən Hraçyanı quçağına alıb , yerə çırpan, 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanan Talehə Ağdamda, Qarabağda kiminsə əli qalxıb, zərbə vurardımı? Heç vaxt!
Ağına-bozuna baxmadan, faktı araşdırmadan, mənsub olduğu saytı gözdən salan jurnalistdən əlimizi üzüb, Taleh Məmmədovun özü ilə əlaqə saxladıq.
Taleh Məmmədov çoxdandır Bakıdan kənara çıxmadığı halda , bu şayiənin haradan qaynaqlandığını bilmədiyini söylədi: " Məlumatı mənə məşqçimiz deyəndə"elə şey olmayıb" dedim və fikir vermədim. Sabahı günü qohumlarım, tanışlarım , dostlarım ard-arda zəng vurub narahatlıqlarını bildirdilər. Bacımın , qardaşımın narahatlığı düzü məni üzdü. Anam həyəcanlanmışdı, elə bilirdi doğrudan məni döyüblər, mən bunu ondan gizlədirəm. Anamın kövrəlməsindən sonra mən də narahat oldum. Xəbər bu qədər adamı məşğul etmişdi, nigarançılıq yaratmışdı. Xəbəri paylaşanalara, Tiktok səhifəsində təntənəli şəkildə sərgiləyənlərin telefon nömrəsini bilmədim ki, məlumatın yalan olduğunu çatdırım. Mövzu da beləcə sürətlə yayıldı.


- Sizcə, bu xəbər tək bu səbəbdən  belə sürətlə yayıdı?


- Tək səbəb bu deyil. Həm də indi hamı özünü jurnalist kimi aparır. Bir xəbər olan kimi çıxıb öz sosial platformasında danışır. Faktı yoxlamır, kimin kim olduğunu bilmir. Təki tiktok səhifəsinə baxış çoxalsın, hədiyyə yağsın. Hansı kənddəsə bir Taleh Məmmədov döyülübsə, o Taleh Məmmədov sosial istifadəçilər tərəfindən maraq kəsb eləmir. Ona görə də "döyülən Taleh"in qarşısına bir "güləşçi" sözünü əlavə edirlər və "xəbər "partlayır". Məni də kifayət qədər tanıyan olduğu üçün xəbər bir çoxunu narahat edir, təəssüfləndirir, elələri var ki, hətta qəsdən məni gözdən salmaq üçün bunu yayır, paylaşır. Aydındır ki, həm də bu üzdən "döyülmə" xəbəri sürətlə yayıldı.


- Taleh bəy, Allah eləməsin, birdən elə bir situasiya ilə qarşılaşdınız, dalaşarsınız?


- Qətiyyən, heç vaxt özümdən gücsüz insanlara əl qaldırmaram və qaldırmamışam. Birdə ki, danışmaq, problemi çözmək qabliyyətimiz varkən yumruğa nə ehtiyac?Tanıyanlar bilir ki, qazandıqlarımla dikbaşlıq etməmişəm, Azərbaycanın hansı bucağında , hansı elində-obasında olmuşamsa, hər zaman özümə qarşı bir hörmət, bir doğmalıq görmüşəm.

Qeyd edək ki, Hraçya Taleh Məmmədovun yeganə erməni rəqibi deyil. O , 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2019 -Güləş üzrə Avropa Çempionatında - 63 kq çəkidə bürünc medal qazandığı  görüşdə, Ermənistan güləşçisi Slavik Qalstyanı məğlub edib.


Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri