Taleh Yüzbəyovun reklamına görə bloger təhdid edilib?
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı ətrafında yaranan müzakirələr davam edir.
Qadına münasibətin təqdimatı baxımından sosial şəbəkələrdə geniş tənqid olunan reklamla bağlı fikirlər səsləndirənlərdən biri də bloger Cavid Süleymanlı olub.
Milli.Az xəbər verir ki, bloger növbəti paylaşımında yayımladığı videoda bildirib ki, sözügedən tənqidi videodan sonra Taleh Yüzbəyovla birgə çalışan Nicat Xəlilov ona zəng edərək hədə-qorxu gəlib.
Məsələ ilə bağlı Taleh Yüzbəyov da paylaşımın şərh bölməsində münasibət bildirib. Aktyor qeyd edib ki, heç kimə belə bir addım atması üçün müraciət etməyib və indiyədək ünvanına səsləndirilən tənqidlər qarşısında hər zaman susmağa üstünlük verib.
Hazırda Nicat Xəlilovun məsələ ilə bağlı əlavə açıqlaması yoxdur.
Qeyd edək ki, Taleh Yüzbəyov çəkildiyi reklamda qarşısında əyləşdiyi xanımın estetik prosedurlarını tənqidi formada "sayır" və izləyicilərə sual verir: "Siz də təbiiliyi daha çox sevirsiniz?"/News24.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:299
Bu xəbər 12 İyul 2026 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















