Icma.az
close
up
RU
Taleyi tükdən asılı milli Ümid möcüzəyə qaldı

Taleyi tükdən asılı milli Ümid möcüzəyə qaldı

Fanat saytına istinadən Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Estoniya yığmasını qəbul edən Azərbaycan millisi üçün oyun olduqca önəmli idi. Əvvəlki bütün matçlarında məğlub olan təmsilçimiz Tallində uduzduğu (1:3) bu rəqibi daha yaxşı hesabla yenəcəyi halda, qrup sonuncusu statusundan qurtulacaqdı. İstənilən hesablı qələbə isə komandamız qrup sonuncusu olsa belə, C Liqasında qalmaq arzusununun həyata keçməsini şərtləndirəcəkdi. Lakin Qəbələdə reallaşan görüşün qolsuz bərabərliklə yekunlaşması vəziyyəti daha da mürəkkəbləşdirdi. Düzdür, riyazi baxımdan Fernandu Santuşun çalışdırdığı kollektivin D Liqasına yuvarlanması hələ rəsmiləşməyib. Azərbaycan seçməsi son oyunda qonaq qismində İsveçi yenmək və ya Skandinaviya komandasından xal almaqla da ən yaxşı qrup sonuncularından biri qismində C Lqasında qala bilər. Amma bunun baş tutacağı o qədər də inandırıcı deyil. Necə deyərlər, artıq Santuşun "drujina"sının taleyi tükdən asılıdır.

Qəbələdə oynamaq yanlış seçim deyildi

Önəmli qarşılaşmanın Bakıda keçirilən COP29 səbəbindən Qəbələyə salındığını bilirik. Sirr deyil ki, noyabrın 16-da gerçəkləşən qarşılaşma paytaxtda baş tutsaydı, bunun təmsilçimiz üçün hər hansı üstünlüyü olmayacaqdı. Əvvəlki nəticələr üzündən tribunaların dolmayacağı öncədən bəlli idi. Millinin azarkeş dəstəyi baxımından bölgədə problem yaşamadığı, ideala yaxın ot örtüyü üzərində ən yaxşı keyfiyyətlərini ortaya qoymaq şansı qazandığını vurğulamalıyıq. Atletik futbola üstünlük verən estonları evə məğlub göndərmək üçün daha yaxşı variant ola bilməzdi.

Üstün tərəf biz idik

Meydan sahiblərinin oyun planında daha yaxşı təsir bağışladıqlarını vurğulamağa borcluyuq. Matçın 10-cu dəqiqəsində rəqib Bədavi Hüseynovun kobud səhvindən sonra topu ələ keçirərək qapı tirini silkələsə də, bu qonaqların oyundakı ən real qol vəziyyəti kimi yadda qaldı. Doğrudur, Estoniyanın başqa şansları da yox deyildi, ancaq topa nəzarət faizinin 70-in 30-a olduğunu da unutmamalıyıq. Rəqibini istər qol vəziyyətləri, istər künc zərbələri, istərsə də intensivlik baxımından Azərbaycandan geri qaldığı faktdır. Sadalananlara rəğmən, komandamızın qol vurmaq işinin öhdəsindən gələ bilməməsi qabardılmalıdır. Qısası, yığma üstünlüyünü qola çevirməyi və qarşısına qoyduğu məqsədə çatmağı bacarmadı.

Renat Emin və Mahir oynasaydı...

Öncəki qarşılaşmada qırmızı vərəqə alan Mahir Emrelinin və əməliyyatdan sonra bərpa prosesi keçən digər hücumçu Renat Dadaşovun Qəbələdə yığmaya kömək edə bilməyəcəkləri öncədən bəlliydisə, matçdan öncə təcrübəli yarımmüdafiəçi Emin Mahmudovun zədə üzündən heyətdən çıxarılması növbəti ciddi itki oldu. Təbii, bu oyunçular heyətdə olsaydılar, yığmanın Estoniyaya qol vurmaq ehtimalı bir qədər də artardı. Ancaq bu, o demək deyil ki, Eminli, Mahirli, Renatlı heyətlə daha hərəkətli görünəcək və 100 faiz qələbə qazanacaqdıq. Qonaqların yaxşı müdafiə olunduqlarını, qapıçı Karl Haynın olduqca xoş təsir bağışladığını da xatırlamağa borcluyuq. Estoniyanı 1 xal qane edirdi və rəqibin matçın sonlarında nadir hallarda əks-hücumlar təşkil etməsi məhz bu amillə izah edilməlidir. Başqa sözlə, estonları 1 xal razı salmasaydı, onlar da fərqli futbol sərgiləyəcək, riskə gedərək irəli atılacaqdılar.  

Ən çətin missiya

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan seçməsi qol vura, qələbə qazana, hədəfinə çata bilməsə də, zəif çıxışla yadda qalmadı. Hiss olunurdu ki, Santuşun çalışdırdığı kollektiv öz gücünə inanır və Estoniyaya qarşı dominant futbol oynayacaq gücdədir. 

Noyabrın 19-da İsveçin qonağı olacaq Azərbaycanın evə 3 xalla dönəcəyinə yalnız ən nikbin fanat inanar. Təəssüf ki, müstəqillik dönəmindən bəri ölkənin əsas futbol millisi bu səviyyədə komandaları səfərdə məğlub etməyib. Yəni geriyə boylanaraq statistikanı vərəqləsək, şirin xəyallar qurmaq üçün hər hansı real əsas yoxdur. Mövcud vəziyyətdə mümkün heç-heçə belə, təmsilçimizi xilas etmir. Arzulanan bərabərlik o vaxt işə yarayar ki, C Liqasının digər qrupundakı Lüksemburq ("cırtdan"ın hazırda 2 xalı var) son oyunda öz meydanında Şimali İrlandiyaya daha böyük hesabla uduzsun. Lüksemburqun top fərqi - 4, Azərbaycanınkı isə - 8-dir. C Liqasındakı digər iki autsayderə gəlincə, Litvanın xalı yoxdur, öz qrupunda 4 xal toplayan Latviya isə daha şanslıdır. İndi təmsilçimiz olduqca çətin missiyanı həyata keçirməli, sensasiyaya imza ataraq İsveçdən qalib dönməlidir. Dəryada balıq sevdasıdır, deyilmi? Bizə gözləmək, taleyi tükdən asılı Azərbaycan millisinin möcüzə reallaşdırmasını arzulamaq qalır. 

Fanat.Az  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri