Taliban məmurları stolüstü futbol oyununu qadağan ediblər
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Əfqanıstanın Daykündi vilayətində regional idarəetmə orqanları stolüstü futbol oyununu qadağan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Afghanistan International" nəşri məlumat yayıb.
Rəsmilər iddia edir ki, stolüstü futbol oyunundakı miniatür fiqurlar İslamda haram sayılan bütlərə bənzəyir. Yerli qurumlar ancaq fiqurların başını sındırıb çıxarandan sonra sözügedən əyləncədən istifadəni icazəli biliblər.
Qeyd olunub ki, bu tələbin yerinə yetirilməməsi əyləncə mərkəzlərinin bağlanması və sahibkarlara qarşı sərt tədbirlərin görülməsi ilə nəticələnəcək.
Hələ ki Kabildəki "Taliban" rəsmiləri qadağa ilə bağlı rəsmi açıqlama verməyiblər.
Baxış sayı:98
Bu xəbər 29 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















