Taliban Pakistan səfirini XİN ə çağırıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Taliban Pakistan səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, Taliban hökuməti Pakistan dronlarının Əfqanıstanın Nəngərhər və Xost vilayətlərində yaşayış obyektlərini hədəfə almasına etirazını bildirib.
Məlumata görə, Xost vilayətində dron hücumları 3 uşağın ölümünə və bir neçə şəxsin yaralanmasına səbəb olub.
Nəngərhər vilayətindəki hücumlarda bir ailənin 6 üzvü isə xəsarət alıb.

