“Taliban” Rusiya ununun ən böyük alıcısı oldu
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Taliban qruplaşmasının nəzarəti altında olan Əfqanıstan 2024-cü ildə satınalmalarını iki dəfə artıraraq Rusiya ununun ən böyük idxalçısı oldu.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üzrə dövlət agentliyi “Aqroeksport” məlumat yayıb .
Əfqanıstanın daxili tələbatı tam ödəmək üçün kifayət qədər istehsal gücü olmadığı üçün unu idxal etdiyi bildirilir.
İdxalın artması Rusiyanın Əfqanıstanın Taliban hökmdarları ilə əlaqələri gücləndirməyə çalışdığı bir vaxta təsadüf edib. Keçən ay Rusiya parlamenti hərəkatın qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunun lehinə səs verdikdə, Moskva Taliban hökumətinin tanınması istiqamətində daha bir addım atıb.
“Aqroexport” əvvəlki hesablamalara istinadən bildirib ki, Əfqanıstan keçən il təxminən 80 milyon dollar dəyərində Rusiyadan un alıb ki, bu da 2023-cü il səviyyəsindən iki dəfə çoxdur.
Monitorinq orqanının məlumatlarına görə, ötən il Rusiyanın buğda və buğda-çovdar ununun ixracının ümumi həcmi 300 milyon dollara çatıb ki, bu da dəyər ifadəsində 3%, fiziki ifadədə isə 7% çoxdur.
Çin və Türkmənistan da Rusiya ununun ilk üç alıcısı sırasındadır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Yanvar 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















