Taliban xəstəxanalarda qadınlara burka geyinməyi məcburi edib MSF
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Taliban hökuməti Əfqanıstanın qərbində yerləşən Herat şəhərində xəstələrə, baxıcılara və tibb işçilərinə hökumətə məxsus tibb müəssisələrinə daxil olarkən burka geyinməyi məcburi edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sərhədsiz Həkimlər” (MSF) təşkilatının məlumatında deyilir.
Təşkilatın açıqlamasına görə, bu məhdudiyyət 5 noyabr tarixindən qüvvəyə minib.
MSF-nin Əfqanıstandakı proqram rəhbəri Sara Şato “BBC News”a bildirib ki, yeni qaydalar “qadınların həyatını daha da çətinləşdirir və onların səhiyyə xidmətlərinə çıxışını məhdudlaşdırır”. Onun sözlərinə görə, təcili tibbi yardıma ehtiyacı olan qadınlar belə bu məhdudiyyətlərdən təsirlənib.
MSF-nin Herat Regional Xəstəxanasındakı pediatriya bölməsini dəstəklədiyi qeyd olunur. Qurumun məlumatına əsasən, yeni qaydaların tətbiqindən sonra ilk bir neçə gündə təcili qəbulların sayı 28 faiz azalıb.
Şato bildirib ki, Taliban üzvləri burkasız qadınların tibb müəssisələrinə girişinə icazə vermir.
Qeyd edək ki, burka – qadının bədənini və üzünü tam örtən, yalnız pərdə vasitəsilə görməyə imkan verən ənənəvi geyimdir.
Taliban hökumətinin sözçüsü isə MSF-nin iddialarını təkzib edib. Onların sözlərinə görə, qadınlara burka geyinmə məcburiyyəti qoyulmayıb.
Baxış sayı:90
Bu xəbər 12 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















