Talibandan Trampa cavab: Bizim torpaqdır, verməyəcəyik!
Icma.az, Axar.az saytına istinadən bildirir.
“Baqram” Əfqanıstan ərazisinin bir hissəsidir. Biz heç vaxt bazarlıq etməyə və ya ölkəmizin hər hansı bir hissəsini təhvil verməyə razı olmayacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Taliban sözçüsü Zabiullah Mücahid deyib.
“Əfqanlar işğala qarşı son dərəcə həssasdırlar və heç bir əfqan heç vaxt torpaqlarının kənar şəxslər tərəfindən alınmasına və ya idarə olunmasına icazə verməyəcək - bir qarış belə.
ABŞ əfqanlarla siyasi, diplomatik və rasional şəkildə əlaqə saxlamalıdır”, - o, əlavə edib.
Qeyd edək ki, ABŞ hökuməti Əfqanıstandakı "Baqram" aviabazasına nəzarəti bərpa etməyə çalışır.

Talibandan qadınlara “pəncərə” qadağası
31 Dekabr 2024 12:28
Talibandan İrana XƏBƏRDARLIQ KONKRET
11 İyul 2025 18:27
Trampın hədəsinə Talibandan reaksiya
21 Sentyabr 2025 16:06
Talibandan qadınlara daha bir QADAĞA
18 Mart 2025 19:46
Talibandan supergüclərə mesaj: Düşmənçilik mövqeyi...
20 Avqust 2025 10:42

