Icma.az
close
up
RU
Talıbovların qəfil geridönüşü KONKRET

Talıbovların qəfil geridönüşü KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rza Talıbov 2023-cü ildə Naxçıvanda atasının vəzifəsindən çıxarılandan sonra satdığı aktivləri geri alır. İndi o, Gürcüstanın Qara dəniz sahilində lüks otel və başqa bir mülkə nəzarəti bərpa edib”.

KONKRET.az xəbər verir ki, bildirilir ki, atasının qəfil istefasından az sonra Talıbovlar Batumidəki bank və otel də daxil olmaqla aktivlərini tələsik şəkildə satıblar. Yada salaq ki, istefasından sonra Talıbovların Türkiyənin turizm bölgəsində – Bodrumda yerləşən ən azı 2 otelinin də satıldığı deyilirdi. Bu otellərin tikintisinə 200 milyon dollar xərcləyiblər.

Gürcüstan sahillərində satdıqları mehmanxanaları isə Rza Talıbov bu dəfə dövlət səhmlərinin alqı-satqı sənədinə əsasən 8,6 milyon dollara geri alıb. İddia olunur ki, 43 yaşlı Miqrasiya Xidmətinin Bakıdakı məmuru Gürcüstan sahillərində öz səhmlərini genişləndirib. Əvvəllər Batumidəki “Divan Suites” kimi tanınan otel indi “London 1889” adlandırılıb.

Bundan başqa, Talıbovun “B-Pearl Turizm” şirkəti Makhincauri sahil rayonunda 730 min dollara torpaq sahəsi alıb. Batumi rəhbərliyi artıq dənizə baxan mənzilləri olan 11 mərtəbəli yaşayış binasının tikintisi planlarını təsdiqləyib.

Müstəqil korrupsiya araşdırmasına (OCCRP) görə, Talıbov qardaşlarının şirkətlərdən 20 milyon dollardan çox şübhəli köçürmələr ediblər, BƏƏ və Gürcüstanda təxminən 63 milyon dollar dəyərində daşınmaz əmlak alıblar.Talıbovların “biznes imperiyası”nın sərhədləri Gürcüstanla məhdudlaşmır, Türkiyə, İran, Dubay, hətta uzaq Misirə qədər uzandığı iddia olunur. Talıbovların BƏƏ-də bir neçə otelə, rentabelli fəaliyyət göstərən şirkətlərə və restoranlar zəncirinə sahib olduğu deyilirdi.

Yeri gəlmişkən, iddialara görə, Vasif Talıbov məhz oğlu Seymuru Ali Məclis sədri postuna oturtmaq istəyində imiş. Bildirilirdi ki, Talıbovlar hakimiyyətinin çöküşünə qədər Naxçıvanda bütün idarəetməni qeyri-rəsmi olaraq oğlu Seymur Talıbov həyata keçirirmiş. Seymur Talıbov Naxçıvan Ali Məclisinin deputatı idi, uzun illər Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində işləyirdi.

Məlumata görə, Talıbov qardaşları uzun müddətdən sonra avqustun 30-da Bakıda təşkil edilən klassik avtomobillərin sərgisində iştirak ediblər. Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların muxtar respublikanı tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri