Icma.az
close
up
RU
Talıbovun şirkətinə niyə heç kim sahib çıxmadı? MÜƏMMALI LƏĞV

Talıbovun şirkətinə niyə heç kim sahib çıxmadı? MÜƏMMALI LƏĞV

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Nə üçün mobil operatorlarımız əvvəllər Vasif Talıbova məxsus olduğu deyilən Naxtel-i almaqdan imtina ediblər? Naxçıvanda "İrana xoş gəlmisiniz" təhlükəsi reallaşa bilərmi?

Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra, ona məxsus olduğu bildirilən Naxçıvandakı Naxtel mobil operatorunun taleyi barədə uzun müddət qapalı müzakirələr aparılırdı. Hətta Naxtel-in Azercell tərəfindən satın alınacağı barədə xəbərlər dolaşırdı.

Lakin ötən günlər qəfil olaraq Naxtel bağlanacağını elan edib. Müştərilərinə də bildirib ki, digər mobil operatorlara keçid etməyənlərin nömrələri ləğv olunacaq”. Dördpendirli pizza

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə “Multimedia” İnnovasiya Mərkəzinin rəhbəri Osman Gündüz çıxış edib. Onun sözlərinə görə, bu xəbər sektorda olanlar üçün “aydın səmada göy gurultusu” effekti yaradıb. 

Yəni, necə ola bilər ki, İran və Ermənistanla üz-üzə duran bir regionda illərlə formalaşmış və dayanıqlı milli rabitə infrastrukturu birdən-birə ləğv edilsin?

O. Gündüz qeyd edib ki, Naxtel Naxçıvanda ən geniş əhatəyə malik mobil operatordur. 4G xidməti ilə muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində belə sabit rabitə və internet təmin edirdi:

“Üstəlik, geniş tezlik resurslarına sahib idi.  Naxtel-in bağlanmasından sonra Naxçıvan əhalisi dayanıqlı və keyfiyyətli mobil rabitə və internet xidmətinə çıxış əldə edə biləcəkmi? Naxtel-in əhatə etdiyi ucqar kəndlərdə yaşayan insanların taleyi necə olacaq? 

Sadə hesablama göstərir ki, ya bu ərazilər rabitəsiz qalacaq, ya da onların telefonlarında “İrana xoş gəlmisiniz” mesajı görünəcək. Burada diqqət çəkən digər mühüm məqam həm də təhlükəsizlikdir.

Naxçıvanın Ermənistanla sərhədi dağlarla əhatələndiyindən, əvvəllər qanunsuz siqnal müdaxilələri daha çox İran tərəfindən gəlirdi.  Uzun illər ərzində İran güclü radiorabitə vasitələrilə siqnallarını Azərbaycan ərazilərinə yönəltməklə informasiya məkanımıza müdaxilə edib. 

Lakin Naxtel-in baza stansiyaları gücləndikdən sonra, xüsusən də DRİ və BTİ ilə birgə aparılan işlər nəticəsində Naxçıvanın informasiya məkanına İran tərəfindən olan müdaxilələrin qarşısı yetərincə alınırdı. 

Ən təəccüblü məqamlardan biri də RİNN-in, xüsusən də tənzimləyici qurum – İKTA-nın prosesdən kənarda qalmasıdır. Böyük bir operator bazardan çıxır və ya çıxarılır, həm də müştərilərə sadəcə “digər operatorlara miqrasiya edin” absurd bir mesajı ötürülür. Belə bir hal, yalnız telekom sektorda tənzimləyicisi olmayan ölkələrdə baş verə bilərdi.

Əgər sektorda bu cür spontan və koordinasiyasız qərarlar veriləcəksə, onda əsas sual ortaya çıxır: İKTA nə üçün mövcuddur? Heç bir koordinasiya yoxdur, İKTA-nın mövqeyi bəlli deyil. 

Görəsən Naxtel infrastrukturunu dağıtmadan bunu həll etmək mümkün olmazdımı ? Belə həssas regionda dayanıqlı bir, strateji bir telekommunikasiya infrastrukturunu ləğv etmək doğurdanmı düzgün qərardır?

Görsən İKTA həmin regionda radiomüdaxilələrlə bağlı ölçmələr aparıbmı ? Naxtel sıradan çıxarılandan sonra radiomüdaxilələrin vəziyyəti necə olacaq. İKTA yarana biləcək vəziyyətlə bağlı datanı RİNN-ə təqdim edibmi?

Naxçıvan kimi strateji bir bölgədə dayanıqlı telekommunikasiya infrastrukturunun sıradan çıxarılması, insanların sabah hansı rabitəyə bağlanacağını, mobil telefonlarında hansı ölkənin salamlama mesajını alacağını bilməməsi ağlasığmazdır.

Baş verənlər isə yalnız telekommunikasiya məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Ümid edirəm qərar verənlərimiz də baş verənlərin fərqindədirlər”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see218

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see193

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see158

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see153

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see145

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see141

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see133

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see133

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see132

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see129

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see127

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see121

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri