Tam hazırıq, ordu əmr gözləyir Generaldan müharibə xəbərdarlığı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdürrəhim Musəvi ölkəsinin dənizdən mühasirə yolu ilə zəiflədilə biləcəyi ilə bağlı iddiaları rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shargh News” məlumat yayıb.
O bildirib ki, İranın coğrafi mövqeyi və strateji imkanları ölkənin mühasirəyə alınmasını qeyri-mümkün edir.
Musəvi bazar günü gecə saatlarında hərbi hissələrdən birinə səfəri zamanı İranın İsrailə qarşı mümkün cavab tədbirlərinə tam hazır olduğunu vurğulayıb və ordunun verilən əmrləri yerinə yetirməyi gözlədiyini bildirib.
Onun sözlərinə görə, hər hansı yanlış hesablanma daha geniş regional qarşıdurmaya yol aça bilər.
General-mayor qeyd edib ki, 12 günlük müharibədən sonra İran hərbi doktrinasına yenidən baxıb. Yeni yanaşma sürətli və davamlı əməliyyatlara əsaslanan müdafiə mövqeyindən daha aktiv hücum strategiyasına keçidi nəzərdə tutur.
Musəvi həmçinin eskalasiya baş verəcəyi təqdirdə ABŞ və onun regiondakı müttəfiqlərinin də təhlükə ilə üzləşəcəyini deyib və bunun genişmiqyaslı regional münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 03 Fevral 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















