Icma.az
close
up
RU
Tamamilə günəş enerjisi ilə işləyən superyaxta 15 milyon dollara satılır

Tamamilə günəş enerjisi ilə işləyən superyaxta 15 milyon dollara satılır

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da bir sahibkar dörd mərtəbəli, alüminiumdan hazırlanmış üzən tikilini satışa çıxarıb. Gəminin bütün damı kənardan kənara günəş panelləri ilə örtülüb. "Shine Down” adlı gəminin uzunluğu 36 metrdir, suya oturma dərinliyi isə təxminən 2 metrdir.

Məqalə müəllifi Con Consonun yazdığına görə, gəminin sahibi həm mühəndis, həm də dizayner olaraq tam müstəqil üzən bir struktur yaratmağı qarşısına məqsəd qoyub. O, xarici enerji şəbəkəsinə ehtiyac duymadan öz elektrikini istehsal edən və istədiyi zaman müstəqil hərəkət edə bilən bir yaşayış platforması hazırlayıb.

"Shine Down” dünyanın ən dəqiq planlanmış üzən yaşayış məkanlarından biri hesab olunur. O, alüminium işçi gəmiləri istehsal edən "Breaux Brothers Enterprises” şirkəti tərəfindən inşa edilib. Şirkət adətən neft yataqları üçün təchizat gəmiləri, ekipaj daşıyan katerlər, pilot və patrul gəmiləri istehsal edir və bu məhsullar sənayedə yüksək keyfiyyəti ilə tanınır.

Bu layihə isə "Breaux Brothers Enterprises” üçün lüks yaşayış gəmisi sahəsində ilk təcrübədir. Layihə ənənəvi superyaxta sifarişi deyil, birbaşa sahibin konsepsiyası, mühəndis həlli və dizaynı əsasında hazırlanıb.

Suda "Shine Down” daha çox yaxta deyil, memarlıq obyekti kimi görünür. Gəmi iti burunlu klassik yaxta formasında deyil, adi bina formasında dizayn edilib. Alüminium korpus mavi su xətti zolağı ilə boyanıb, üst hissə isə işçi barja üslubunda hazırlanıb. Üstündə ağ çərçivəli və döşəmədən tavana qədər şüşəli dörd yaşayış mərtəbəsi yerləşir, balkonlar isə bütün göyərtələri əhatə edir. Ümumilikdə ən azı 108 günəş paneli quraşdırılıb.

İçəridə beş yataq otağı və yeddi vanna otağı var. Qastronomik mətbəx mərtəbələr arasında yemək daşınması üçün liftlə təchiz edilib. Açıq sahələr həm əyləncə, həm də baxış platforması kimi istifadə olunur. Arxa göyərtədə hovuz yerləşir.

Yaşayış mərtəbələrinin altında isə tam muxtariyyət üçün nəzərdə tutulmuş texniki sistemlər var. Burada tam təchiz olunmuş mexaniki emalatxana, suyun hazırlanması və saxlanması sistemi, eləcə də qapalı qaraj yerləşir.(Qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri