Icma.az
close
up
RU
Tamaşaçı səhnəyə çıxıb mübahisəyə başladı, məşhur aktyor xəstəxanalıq oldu Video

Tamaşaçı səhnəyə çıxıb mübahisəyə başladı, məşhur aktyor xəstəxanalıq oldu Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Uzun illərdən sonra səhnəyə qaytarılan “Gırgıriye” müziklında gərgin anlar yaşanıb.

“Qafqazinfo”nun xəbərinə görə, İstanbulda keçirilən tamaşa zamanı baş verən insident səbəbindən həmingecəki nümayiş ləğv olunub, layihənin rəhbəri və usta sənətkar Müjdat Gezen isə səhhətində yaranan problemə görə xəstəxanaya aparılıb.

Belə ki, tamaşa 21 aprel saat 20:30-da İstanbul Konqres Mərkəzində nümayiş etdirilərkən tamaşaçılardan biri görmə ilə bağlı problem yaşadığını bildirərək səhnəyə çıxıb. Həmin şəxs birbaşa Müjdat Gezenlə mübahisəyə girib və bu, səhnə quruluşunun pozulmasına səbəb olub.

Teatr heyətinin yaydığı rəsmi açıqlamada bildirilir ki, gözlənilməz hadisə zamanı Müjdat Gezen özünü pis hiss edib. Sənətçinin sağlamlığı və tamaşaçıların təhlükəsizliyi nəzərə alınaraq, tamaşanın dayandırılması və təxirə salınması qərarı verilib.

Hadisədən sonra jurnalist Uğur Dündar sosial media hesabında paylaşım edərək, sənətçinin xəstəxanada ilkin müalicə aldığını bildirib. O qeyd edib ki, baş verənlər Müjdat Gezeni ciddi şəkildə məyus edib və ümid edir ki, tamaşa yaxın zamanda yenidən səhnəyə qoyulacaq.

Müğənni Gülben Ergen də məsələ ilə bağlı açıqlama verərək, Müjdat Gezenin vəziyyətinin nəzarət altında olduğunu bildirib. O əlavə edib ki, sənətçinin razılığı ilə məlumat paylaşılır və komanda tezliklə yenidən tamaşaçılar qarşısına çıxmağa hazırlaşır.

Teatr kollektivi açıqlamasında hadisənin yalnız təşkilati problem olmadığını, həm də təxribat ehtimalı olduğunu vurğulayıb. Bildirilib ki, teatr səhnəsi sənətçi ilə tamaşaçı arasında qarşılıqlı hörmət və etimada əsaslanan xüsusi məkandır və bu sərhədlərin pozulması həm tamaşanın gedişinə, həm də zalda olan digər tamaşaçıların təcrübəsinə mənfi təsir göstərib.

Təşkilatçılar baş verənlərə görə tamaşaçılardan üzr istəyib və “Gırgıriye” müziklının yeni nümayiş tarixinin yaxın zamanda açıqlanacağını bildiriblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri