Icma.az
close
up
RU
“Tamaşaçıların növbəti premyeralarda yollarını gözləyirəm”Şövqi Hüseynov

“Tamaşaçıların növbəti premyeralarda yollarını gözləyirəm”Şövqi Hüseynov

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşçılar Teatrında alman dramaturqu Tankret Dorstun “Mən Feyerbaxam” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanın premyerası keçirilib.
Səhnə əsərində “Feyerbax” rolunun ifaçısı, həmçinin tamaşanın quruluşçu rejissoru, tərcümə edəni və səhnə tərtibatçısı Əməkdar artist Şövqi Hüseynovdur.
Əməkdar artist premyeradan sonra fikirlərini xalqcəbhəsi.az-a bölüşüb: “Aktyor üçün premyera həmişə həyəcanlıdır. Baxmayaraq ki, 40 ilə yaxındır səhnədəyəm, premyeralar oynayıram, amma yenə də həyəcanlı anlar keçiririk. Ələlxsus, mədəniyyətimizin ən tanınmış simaları, ustad sənətkarları iştirak edən zaman daha çox həyəcan keçiririk. Yəni bu cəhətdən premyera hər dəfə aktyor üçün daha məsuliyyətli, çətin olur. Bizim tamaşamızda da Azərbaycanın ən tanınmış teatrşünasları, pedaqoqları iştirak edirdilər və çox şükür ki, hər şey yaxşı alındı. Tamaşaçıların alqışından bunu hiss etdim. Tamaşanın nümayişindən sonra həmin o böyük sənətkarlarımız mənimlə görüşdülər, fikirlərini bildirdilər. Hiss etdim ki, tamaşa uğurlu nəticə verib. Buna görə bütün tamaşaçılara minnətdaram. Xüsusən Azərbaycan Dövlət Milli Gənc Tamaşçılar Teatrının müdiriyyətinə istədiyim şəraiti mənə yaratdıqları üçün çox təşəkkür edirəm. Tamaşanın hazırlanması üçün nə lazım idisə hamısını təqdim etdilər, yanımda oldular və biz tamaşanı təhvil verdik”.
Aktyor bu tamaşanın da repertuarda olan digər tamaşalar kimi uzun müddət oynanılacağına ümid etdiyini bildirib: “Həmçinin getdiyimiz festivallarda bu tamaşa ilə də iştirak edəcəyik və Azərbaycan mədəniyyətini təbliğ edəcəyik. Bütün tamaşaçılara təşəkkür edirəm. Növbəti premyeralar, əlbəttə ki, qarşıdakı aylarda təqdim olunacaq. Tamaşaçıların növbəti premyeralarda yollarını gözləyirəm, gəlsinlər, izləyib fikirlərini bölüşsünlər. Bu, çox vacibdir”.
Bildirək ki, tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir. Birhissəli səhnə əsərinin bədii tərtibatçısı Əməkdar artist Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.

Qeyd edək ki, səhnə əsəri ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri