Icma.az
close
up
RU
Tanınma şəhadətnaməsi ilə bağlı Agentlikdən xəbərdarlıq

Tanınma şəhadətnaməsi ilə bağlı Agentlikdən xəbərdarlıq

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“TKTA tərəfindən akademik tanınma əldə etmiş bəzi şəxslərin işə qəbul zamanı, eləcə də şəxsi sosial media səhifələrində sözügedən tanınmaya dair şəhadətnaməni nümayiş etdirərək, işəgötürənləri, eləcə də ictimaiyyəti yanlış yönləndirdikləri müşahidə edilməkdədir”.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında bildirilir.  

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən elektron qaydada daxil olmuş müraciətlər əsasında aparılır.

Qaydalara əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə ola bilməsi üçün TKTA tərəfindən tanınmanın həyata keçirilməsi şərt olaraq qanunvericilikdə təsbit olunub.

Tanınma şəhadətnaməsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəddir. Kvalifikasiyasının akademik tanınmasını əldə etmiş şəxslərə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. Xarici kvalifikasiya sahibi peşə tanınmasını əldə etdikdən sonra Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilər.

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması ərizəçinin TKTA-nın sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında, tibb və səhiyyə ixtisasları üzrə peşə tanınması isə ərizəçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi imtahanda müvəffəqiyyət qazandığı təqdirdə verilir.  

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası istifadəyə verilib. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür. Vətəndaşa təqdim edilmiş müvafiq şəhadətnamənin //edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyi yoxlanıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri