Tanınmış aktrisa kor qalmaqdan son anda qurtuldu FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Məşhur rusiyalı aktrisa az qala görmə qabiliyyətini itirəcəkdi.
Milli.Az xəbər verir ki, Rusiyanın tanınmış aktrisası İrina Rozanova ciddi göz əməliyyatı keçirib.
Məlumata görə, sənətçi katarakta səbəbindən az qala görmə qabiliyyətini tam itirirdi.
Rozanova illərdir gözlərinin zəifləməsindən şikayət edirdi. Müayinələr zamanı sağ gözündə kataraktanın son mərhələsi aşkarlanıb, sol gözündə isə hələlik yüngül dərəcəli bulanıqlıq müşahidə olunub.
Həkimlər aktrisanın sağ gözündəki bülluru dəyişdirərək əməliyyat aparıblar. Əməliyyatdan sonra Rozanovanın görmə qabiliyyəti bərpa olunub, hazırda o, bərpaedici hormon damcıları istifadə edir.
Aktrisanın yaxın günlərdə sol gözündən də əməliyyat olunacağı bildirilir.
Qeyd edək ki, İrina Rozanova "Interdevoçka", "Kamenskaya", "Liker", "Evdə tək qaldıqda", "Otel Eleon" kimi məşhur filmlərdəki rolları ilə tamaşaçılara tanışdır.
İsmayıl
Milli.Az
Baxış sayı:95
Bu xəbər 14 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















