Icma.az
close
up
RU
Tanınmış aktrisa: “Özümüzü aldatmayaq”

Tanınmış aktrisa: “Özümüzü aldatmayaq”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu söz bəlkə bir qədər qəribə gələcək, amma həqiqətən coğrafiya qismətimizdir". 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib.

O qeyd edib ki, xarici ölkələrin filmlərinə baxanda, qibtə hissi keçirməmək mümkün deyil:

"Filmlərə baxarkən bəzən deyirəm: Ay Allah, dünyada necə filmlər çəkilir!” Əlbəttə, insan yaxşı mənada qibtə edir. Mən səmimi deyim ki, qibtə edirəm. Həmişə kinolara qibtə ilə baxıram. Kaş ki, bizdə də belə filmlər çəkilsin. Düzdür, çəkilir, amma bizdə hələ o səviyyədə deyil. Özümüzü aldatmayaq". 

Aktrisanın sözlərinə görə, festival bu il də yüksək səviyyədə təşkil olunub: 

"Festival hər zamanki kimi çox gözəl təşkil edilmişdi. Demək olar ki, mən mütəmadi gəlirəm, fərq eləmir, öz filmim nümayişdə olsun ya olmasın, həmişə tamaşaçı kimi gəlirəm və bacardığım qədər filmlərə baxıram. Tədbirdə müxtəlif ölkələrdən çox gözəl filmlər nümayiş olunurdu".

Zülfiyyə Qurbanova, festivalda ən çox bəyəndiyi filmin Elmar İmanovun “Çəyirtkənim öpüşü” olduğunu bildirib: 

"Mənim ən çox bəyəndiyim iş həm də onunla çalışdığıma görə yəqin ki, Elmar İmanovun “Çəyirtkənim öpüşü” filmi oldu. Həm Elmarın özü ilə üç filmdə çalışmışam, ona görə doğmadır, həm də dəsti- xətti xoşuma gəlir. Təşkilatçılıq isə hər zamanki kimi çox yüksək səviyyədə idi. Hər şey qaydasında, məsuliyyətli şəkildə təşkil olunmuşdu. Düşünürəm ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi bizim film sahəsinin inkişafına çox kömək edəcək". 

O əlavə edib ki, festivalda ümidverici filmlərin nümayişi gələcəkdə film sahəsinin inkişafına təkan verəcək: 

"Ümidverici filmlər var və mən həmişə ümidlə yaşayan adama. Buna görə də inanıram ki, hər şey yaxşı olacaq. Bəlkə bir-iki il ərzində olmasa da, gələcək illərdə mütləq yaxşı nəticələr olacaq. Amma bu cür festivallar və kinoya xidmət edən tədbirlər həm kino sənayesinin inkişafına, həm də aktyorların, aktrisaların və rejissorların bir-biri ilə tanışlığına, ölkələr arasında film mübadiləsinə müsbət təsir göstərir". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri