Tanınmış aktyor gənclərdən iki nazirliyə şikayət etdi
Icma.az, Lent az portalına istinadən məlumat verir.
"İndi sosial şəbəkələrdə paylaşılan və adına veriliş, prank deyilən şeylərə görə 20 il əvvəl həkimlər adama obsessiv-kompulsiv pozuntu diaqnozu qoyurdular. İnsanın tanımadığı adamlara qarşı heç bir mənşəyi olmayan təhqir xarakterli sözlər işlətməyinin başqa adı yoxdur. Bəlkə var, biz bilmirik, amma siz bilərsiniz, hörmətli Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi. Çox maraqlıdır ki, bu qədər mədəniyyətsiz gənc harada və niyə yetişir?".
Lent.az xəbər verir ki, bu fikirləri aktyor Kamran Ağabalayev öz sosial şəbəkə hesabında bildirib. Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə müraciət edən aktyor bu cür paylaşımların qarşısının alınmasını istəyib:
"Avropa standartlarına görə, adamı məhkəməyə verərlər. İnanclı adamlar adama deyər ki, Allah sizə ağıl versin. Mentalitetlə yaşayanlar isə fikirləşər ki, bu, yaxşı şeydirsə nə əcəb videolara öz əzizlərini çəkmir? Mən dediyimi dedim, bəs siz nə deyirsiniz?” deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















