Icma.az
close
up
RU
Tanınmış aktyor Möylə Mirzəliyevin 65 illiyi səhnədə qeyd olundu FOTOLAR

Tanınmış aktyor Möylə Mirzəliyevin 65 illiyi səhnədə qeyd olundu FOTOLAR

Icma.az bildirir, Tribuna portalına istinadən.

Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası oynanılıb.

Tribunainfo.az xəbər verir ki, bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Möylə Mirzəliyevin 65 illik yubileyi münasibətilə nümayiş etdirilib.

Aktyorun həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verən Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova teatr rəhbərliyi və kollektiv adından yubilyarı təbrik edib, eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanını da ona təqdim edib.

Qeyd edək ki, Möylə Mirzəliyev “Baladadaşın toy hamamı” tamaşasının ilk nümayişindən (2016-cı ildən) indiyədək 62 dəfə Qəzənfər obrazı ilə səhnəyə çıxıb. Onunla yanaşı, tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Nadir Xasiyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Hüseyn Əlili, aktyorlar Əmrah Dadaşov, Ülviyyə Əliyeva, Gültac Əlili, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Elnarə Nağdəliyeva, Cərayıl Cəbrayılov, Telli Hüseynova, Elməddin Dadaşov, Nigar Qarayeva, balaca aktyor Miruğur Əlili də iştirak ediblər.

Teatrla kinonun sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə də Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsərinin quruluşçu-rejissoru, Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Leyla və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri