Icma.az
close
up
RU
Tanınmış aktyorumuzun məzarı görün nə hala düşüb FOTO

Tanınmış aktyorumuzun məzarı görün nə hala düşüb FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bakının Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda ürəkağrıdıcı mənzərə ortaya çıxıb. Vaxtilə Azərbaycan teatr və kino səhnəsində özünəməxsus dəsti-xətti ilə seçilən, tamaşaçıların yaddaşında iz qoyan Əməkdar artist Məmməd Sadıqovun məzarı bu gün baxımsız vəziyyətdədir.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Elçin Şıxəliyev paylaşım edib. Onun sözlərinə görə, sənətkarın məzarının sinə daşı yoxdur, ətrafı isə tamamilə ot basıb. Daha narahatedici məqam isə baş daşının üzərindəki yazıların silinməsi və artıq oxunmaz hala düşməsidir. Paylaşım müəllifi qeyd edir ki, aktyorun məzarını ziyarət edən də demək olar ki, yoxdur.

Qeyd edək ki, Məmməd Əhməd oğlu Sadıqov 1913-cü il mayın 2-də Bakıda anadan olub. Gənc yaşlarında təhsilini yarımçıq qoyaraq sənət yolunu seçən aktyor 1930-cu illərin əvvəlində Bakı İşçi Teatrında fəaliyyətə başlayıb. 1933-cü ildən isə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasında çalışıb. Onun səhnədə ilk rolu 1905-ci ildə əsərində Karapet obrazı olub.

Məmməd Sadıqov yaradıcılığı boyu 50-yə yaxın film və tamaşada çıxış edib, xüsusilə komik rolların mahir ifaçısı kimi yadda qalıb. O, "Bəxtiyar", "Sehirli xalat", "Bizim Cəbiş müəllim" kimi ekran əsərlərində rol alaraq geniş tamaşaçı sevgisi qazanıb.

Maraqlı faktlardan biri də odur ki, "Qaynana" filmində Məşədi Kazım obrazının yaradılmasında aktyorun fotoşəklindən istifadə olunub və bu, ekran əsərinə xüsusi rəng qatıb.Musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Aprel 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri