Tanınmış aparıcı “Bakı Metropoliteni”ndə işləmək istəmədi: Maaş məsələsi...
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin iyulunda “Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edildiyi deyilən Nərmin Salmanova bu vəzifədə çalışmadığını açıqlayıb.
Ölkə.Az xəbər verir ki, aparıcı Metropolitenin ona əməkdaşlıq təklif etdiyini, lakin maaş məsələsində razılığıa gələ bilmədiklərini deyib:
“Metropolitenlə danışıqlar aparsaq da, əməkdaşlıq üçün ilkin mərhələdə razılaşdırdığımız əməkhaqqı şərtlərində dəyişiklik edildi — müqavilədə razılaşdırdığımız məbləğdən fərqli məbləğ göstərildi və buna görə əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil”, - deyə o əlavə edib.
Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb. O, ana olduqdan sonra İTV-dən ayrılmışdı.
Billurə
Baxış sayı:91
Bu xəbər 03 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















