Icma.az
close
up
RU
Tanınmış aparıcıdan qalmaqallı çıxış: “Beyinsizdirlər...”

Tanınmış aparıcıdan qalmaqallı çıxış: “Beyinsizdirlər...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 “Daxili azadlıqları olmayan insanlar bunu geyimlə kompensasiya etməyə çalışır”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı  “Youtube”da yayımlanan “QAPQARA” layihəsində çıxışı zamanı qeyd edib. O, həmcinslərini bir sıra məsələlərə görə tənqid atəşinə tutub:

“Ancaq daxilin azaddırsa, istədiyin qədər açıq geyin, sənə problem yaratmayacaq. Çünki sənin şəxsiyyətin onu göstərə biləcək. Ağzını açanda geyimin ikinci plana keçəcək. Amma çılpaqsansa, ağzını açanda danqıltı səsi çıxarırsansa, geyimin üzə qalxacaq və sənin haqqında fikirlər sol tərəfə gedəcək. Hansı coğrafi məkanda qadın olmaq fərq etməz. Şəxsiyyətə çevrilə bilirsənsə, özünü təqdim etməyi bacarırsansa, harda olsan da mükəmməlliyini büruzə verə biləcəksən.

Aparıcılar, müğənnilər, həkimlər... Hamı bir-birinə bənzəyir. Hər kəs sanki eyni ştampdan, eyni sexdən çıxıb. İnkubator toyuğu deyilik. Bilmirəm, niyə belə oldu. Zamanmı belə gətirdi? Deyim ki, beyinsizdirlər, yox, amma içərisində ağıllı qadınlar da var. Hər şeyi öz yerində, lakin baxanda seçə bilmirsən ki,  bu Aynurədir, yoxsa Günaydır. Belə olmamalıdır. Yəqin ki, onlara tələbat çoxdur”.

R.Ağasəfqızı onu da vurğulayıb ki, qadın tənha olanda, içi boş olanda hər yola əl atır:

“Bunu diqqət cəlb etmək üçün edir. Mənə elə gəlir ki, bu gün qadınlar məzmunsuz gözəlliyə beyindən daha çox pul xərcləyirlər. Amma beyinə yatırım edən qadından kişi əlçəkməyəcək.

Qadınlar bir-birinə paxıllıq edirlər. “Qadın qadının düşmənidir” ifadəsi də elə paxıllıqdan meydana gəlib. Siz elə bilirsiniz ki, toylara bəzənib-düzənərək gedən qadınlar bunu ancaq kişilər üçün edir? Yox. Qadın kişi məclisinə tək getsə, ona maraqlı deyil. Qadınlar öz həmcinslərini cəlb etmək, onlara gözəl görünmək istəyirlər ki, bir-birlərini yandırıb-yaxsınlar.

Müğənni gedir, birinci onu arxadan çəkilişlə başlayırlar. Niyə də, niyə?! Bunun adı tərbiyəsizlikdir. Görüntü niyə oradan başlamalıdır? Yəqin göstərməyə başqa bir şey yoxdur. Bir görüntü əzalardan və orqanlardan başlayırsa, burada mənim ağlıma gələn başqa şey yoxdur. Hamı nəyisə satışa çıxarır, kimisə səsini, ifalarını, peşəsini, modelyerliyini və s. Amma görüntü birinci niyə arxadan başlamalıdır?!”

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri