Icma.az
close
up
RU
Tanınmış aparıcılar AzTV dən AYRILDI FOTO

Tanınmış aparıcılar AzTV dən AYRILDI FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bir müddət əvvəl maliyyə intizamsızlığı ilə gündəmə gələn Azərbaycan Dövlət Televiziyasının  (AzTV) rəhbərliyi haqqında bu dəfə işçi əməyinin istismarı ilə bağlı xəbərlər yayılıb. 

Modern.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, AzTV rəhbərliyi ikinci iş yerləri olan teleaparıcılara seçim təklif edib.

Belə ki, AzTV sədri Rövşən Məmmədov başqa dövlət qurumlarında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən bir sıra əməkdaşlara AzTV-də qalmağın yeganə şərti kimi ictimai əsaslarla işləməyi təklif edib.

Bu isə başqa qurumlarda mətbuat katibi çalışan teleaparıcıların-  Namiq Əliyevin, Ceyhun Səfərin, Nərmin Xəlilovanın istefası ilə nəticələnib.

Yerdə qalan iki aparıcı  isə pulsuz efir aparmaq təklifini qəbul edib.

Azərbaycanın əmək qanunvericiliyində bir şəxsin iki iş yerində çalışmasına hər hansı qadağa yoxdur.

Belə ki, qanunvericilikdə  işə götürənə daimi ştatlarla yanaşı həm də  xidmət müqaviləsi çərçivəsində  bu imkan yaradılır.

AzTV də isə bu hal sadəcə əməyin istismarı sayılmalıdır.

Məsələ ilə bağlı AzTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinindən isə Gununsesi.info-nun sorğusuna isə cavab olaraq bildirilib ki, AzTV-nin kadr siyasəti ilə bağlı məsələ QSC-nin də daxili işi, daxili siyasətidir:

“Sorğunuza və təklifinizə görə təşəkkür edirik. Lakin onu da diqqətinizə çatdırmaq istəyirik ki, kadr siyasəti hər bir qurum kimi, QSC-nin də daxili işi, daxili siyasətidir və bu məsələ ilə bağlı hər hansı açıqlama verməyi də doğru hesab etmirik. Bizim əməkdaşlarımız görülən işlərdən narazı olduqda, birbaşa QSC-nin rəhbərinə müraciət edir və suallarına cavab tapır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri