Tanınmış azərbaycanlı aktrisa insult keçirdi FOTO
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskvada yaşayan azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı prodüser Səbuhi Məmmədov şəxsi "Facebook" hesabında paylaşıb.
Onun sözlərinə görə, 75 yaşlı Xələfovanın vəziyyəti hazırda stabildir və müalicə prosesində müsbət dinamika müşahidə olunur. Aktrisanın yaxınlarının sözlərinə görə, o, səhhəti ilə əlaqədar bir müddət sənət fəaliyyətindən uzaq qalacaq.
Hazırda aktrisanın yanında ailə üzvləri və yaxın dostları var. Ona əsasən qızı — Elnarə Vəzirova qayğı göstərir.
Qeyd edək ki, Larisa Xələfova “İstintaq davam edir”, “Təhminə”, “Sən həmişə mənimləsən”, “De ki, məni sevirsən!”, “Kənar adamlar”, “Şir evdən getdi”, “Hədiyyə” və bir sıra digər ekran əsərlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.
Baxış sayı:100
Bu xəbər 11 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















