Tanınmış blogger azərbaycanlı avtoritetin maşını ilə qəza törətdi HADİSƏ ANI
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində 22 yaşlı azərbaycanlı blogger “Bentley” markalı avtomobillə qəza törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, “Bentley” markalı avtomobilin sürücüsü Bebelya küçəsi ilə hərəkət edib. O, Yol Hərəkəti Qaydalarının 9.2-ci bəndini pozaraq qarşıdan gələn nəqliyyat üçün nəzərdə tutulan zolağa çıxıb və orada küçədən sola dönən “Hyundai” markalı avtomobillə toqquşub.
O da bildirilir ki, toqquşmadan sonra “Bentley” yolun hərəkət hissəsindən çıxaraq lampaya çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzanın günahkarının 3 il ərzində 194 dəfə cərimə olunduğu deyilir.
Məlumata görə, “Bentley” markalı avtomobili azərbaycanlı blogger Emil İ. idarə edib. O da qeyd olunur ki, avtomobil əvvəllər azərbaycanlı kriminal avtoritet Marsel Həsənova məxsus olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Noyabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















