Tanınmış çexiyalının oğlu Tottenhemə keçir Bu gün tibbi müayinədən keçəcək
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Tottenhem” klubu “Slaviya”nın qapıçısı Antonin Kinskini transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı qolkiperin transfer məbləği 15 milyon ola bilər. Kinski tibbi müayinədən keçmək üçün artıq Londona gəlib.
Qeyd edək ki, Kinski 2000-ci illərdə Rusiya "Saturn"unun heyətində 200-dən çox oyun keçirən, "Slovan" klubunun və Çexiya millisinin sabiq qapıçısı Antonin Kinskinin oğludur.
Cari mövsümdə 21 yaşlı çexiyalı qolkiper "Slaviya"nın heyətində bütün turnirlərdə 29 oyun keçirib, 18 qol buraxıb və 14 dəfə qapısını təmiz saxlayıb.
"Tottenhem" son həftələrdə ayağından zədələnmiş əsas qapıçısı Qulyelmo Vikarionun xidmətindən məhrum idi. Onun 36 yaşlı əvəzedicisi Freyzer Forster isə ümidləri doğrultmur. Ona görə də Kinskinin "Tottenhem"də möhkəmlənmək üçün əla şansı var.
Mirağa
Baxış sayı:126
Bu xəbər 05 Yanvar 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















