Tanınmış ekspert işindən ayrıldı
Icma.az, Azvision saytına istinadən bildirir.
Ekspert vurğulayıb ki, orada 5 ildən artıq müddətdə məsul vəzifələrdə çalışaraq sahibkarlığın inkişafı, dövlət-biznes münasibətləri, iqtisadi təşəbbüslərin hazırlanması və qiymətləndirilməsi, institusional idarəetmə sahələrində idarəetmə təcrübəsi qazanıb: "Bu illərdə İqtisadiyyat Nazirliyində və onun qurumlarında çoxsaylı peşəkar insanlarla tanış olmuş, birgə çalışmış, fikir və təcrübə mübadiləsi aparmış, onlardan çox şey öyrənmişəm.
Amma ictimaiyyət məni daha çox iqtisadçı-ekspert kimi tanıyıb. Düzdür, iqtisadçı ekspert kimi televiziya, xəbər agentlikləri və digər media qurumları ilə müntəzəm əməkdaşlıq etmişəm. Amma bundan başqa SOCAR və KOBİA-da çalışdığım illərdə əsas işimlə paralel olaraq müxtəlif dövlət komissiyalarında uzun müddət təmsil olunmuşam. İşdən sonra, axşam saatlarında ali məktəblərdə strateji idarəetmə və digər istiqamətlər üzrə pedaqoji fəaliyyət göstərmişəm. Dövlət qurumları ilə ekspert səviyyəsində əməkdaşlıq etmişəm. Biliklərimi artırmaq üçün müxtəlif sertifikatlar, o cümlədən Harvard Business School-dan idarəetmə üzrə sertifikat əldə etmişəm. 5 kitab yazaraq şəxsi vəsaitim hesabına nəşr etdirmiş və maarifləndirmə məqsədilə müxtəlif qurumlara, kitabxanalara və digər maraqlı tərəflərə təqdim etmişəm.
Həm kitablarımda, həm ictimai çıxışlarımda və həm də media ilə əməkdaşlığımda əsas məqsədim ölkəmizin iqtisadi inkişafına töhfə vermək, cənab Prezident İlham Əliyevin iqtisadi siyasətini dəstəkləmək, həyata keçirilən islahatları və iqtisadi inkişaf prioritetlərini cəmiyyətə daha sadə və anlaşıqlı dildə çatdırmaq, mövcud problemlərlə bağlı təklif və təşəbbüslərlə çıxış etmək olub.
İndi isə hadisələrin təbii axarı peşəkar fəaliyyətimdə yeni mərhələyə keçid üçün zəmin yaradıb. Belə ki, KOBİA ilə AZPROMO-nun birləşməsi nəticəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılır və hər iki qurumun funksiyaları yeni agentlik çərçivəsində davam etdiriləcək.
Mənim üçün isə bu dəyişiklik KOBİA-da 5 ildən artıq davam edən fəaliyyətimi yekunlaşdırmaq və peşəkar fəaliyyətimin növbəti istiqaməti ilə bağlı yeni qərarlar vermək üçün uyğun bir zaman olduğunu düşündüm. Düzdür, illər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da, öz istəyimlə bu qərarı verdim.
Bu illərdə mənə göstərilən etimada və yaradılan fəaliyyət imkanlarına görə İqtisadiyyat Nazirliyinin rəhbərliyinə və KOBİA-nın rəhbərliyinə təşəkkür edirəm.
Yeni yaradılan qurumun rəhbərliyinə və burada fəaliyyətini davam etdirəcək bütün əməkdaşlara isə uğurlar arzulayıram. İnanıram ki, yeni yaradılan bu qurum indiyədək formalaşmış təcrübə və görülmüş işlər üzərində fəaliyyətini daha da inkişaf etdirərək, ölkəmizdə KOB sektorunun inkişafına ciddi töhfələr verəcəkdir.
Beləliklə, arxada 25 ilə yaxın əmək fəaliyyətim var. Bu illər ərzində fərqli sistemlərdə, fərqli komandalarla və fərqli məsuliyyətlər daşıyaraq kifayət qədər zəngin peşəkar təcrübə qazandığımı düşünürəm.
Növbəti peşəkar fəaliyyətimin hansı istiqamətdə davam edəcəyi ilə bağlı isə hələ yekun qərar verməmişəm".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Baxış sayı:103
Bu xəbər 19 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları