Tanınmış forvard karyerasını özünə doğma olan klubda başa vuracaq
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Bosniya və Herseqovina milli komandasının 40 yaşlı forvardı Edin Dzeko ölkəsinə geri qayıtmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu DÇ-2026-dan sonra milli karyerasını, bir mövsüm sonra isə aktiv futbolçu karyerasını yekunlaşdırmağı düşünür.
Hazırda “Şalke”nin formasını geyinən Edin karyerasını onun üçün doğma sayılan “Jelezniçar”da bitirmək niyyətindədir. Belə ki, bosniyalı yayda keçiriləcək dünya çempionatından sonra “Jelezniçar”la bir illik müqavilə imzalayacaq. Onun “Şalke” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
“Jelezniçar”ın yetirməsi və sabiq futbolçusu olmuş Dzeko “Teplitse”, “Usti nad Labem”, “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbaxça” və “Fiorentina” klublarında oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 Aprel 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















